Dövlət başçısı önəmli görüşlər keçirib

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı ilə görüşüb
İlham Əliyev Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı ilə görüşüb - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də bir sıra görüşlər keçirib

BAKI, 20 fevral - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də bir sıra görüşlər keçirib.

Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev əvvəlcə Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger ilə görüşüb. Görüşdə Cənub Qaz Dəhlizinin uğurlu icrasından məmnunluq ifadə edilib, bu baxımdan Məşvərət Şurasının toplantılarının önəmi vurğulanıb.

Prezident bu layihənin icrasında Avropa İttifaqının fəal iştirakını və rolunu qeyd edib, Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirildiyini bildirib.

Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında digər sahələrdə də uğurla həyata keçirilən əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

© Official website of President of Azerbaijan Republicİlham Əliyevin Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşü olub
Dövlət başçısı önəmli görüşlər keçirib - Sputnik Azərbaycan
İlham Əliyevin Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşü olub

Prezident İlham Əliyevin Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönməz ilə görüşü olub. 

Görüşdə Cənub Qaz Dəhlizinin əhəmiyyətini xüsusi qeyd edən Fatih Dönməz Türkiyənin bu layihənin ilk mərhələsindən Azərbaycanın yanında olduğunu vurğulayıb. O, Cənub Qaz Dəhlizi layihəsinin icrasının uğurla davam etdirildiyini bildirib. İndiyədək TANAP layihəsinin və STAR neft emalı zavodunun açıldığını xatırladan Fatih Dönməz belə layihələrin gələcəkdə də davam etdiriləcəyinə əminliyini vurğulayıb.

Türkiyə-Azərbaycan əməkdaşlığının bütün sahələrdə, o cümlədən enerji sahəsində də böyük nəticələrə gətirib çıxardığını qeyd edən Prezident İlham Əliyev məmnunluqla bildirib ki, indiyədək 1 milyard kubmetrdən çox qaz yeni xətt vasitəsilə Türkiyəyə çatdırılıb. STAR neft emalı zavodunun fəaliyyətə başlamasının önəmini vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, bir neçə milyard dollarlıq sərmayə bu gün artıq nəticə verir.

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin başa çatdırılması üzrə işlərin uğurla davam etdirildiyini söyləyib.

© Official website of President of Azerbaijan Republicİlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri ilə görüşüb
Dövlət başçısı önəmli görüşlər keçirib - Sputnik Azərbaycan
İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri ilə görüşüb

Prezidenti İlham Əliyev fevralın 20-də ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Sandra Oudkirk ilə də görüşüb.

Dövlətimizin başçısı ABŞ Prezidenti Donald Trampın Cənub Qaz Dəhlizi layihəsinə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.

Xanım Sandra Oudkirk 2018-ci ildə layihənin uğurlu icrası istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu deyib. O, ötən il bu layihə çərçivəsində yeni xətlə Türkiyəyə ilk dəfə olaraq 1 milyard kubmetr qazın çatdırıldığını vurğulayıb.

Görüşdə bərpaolunan və alternativ enerji, eləcə də digər sahələrdə Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

© Official website of President of Azerbaijan Republicİlham Əliyevin İtaliyanın iqtisadi inkişaf nazirinin müavini ilə görüşü olub
Dövlət başçısı önəmli görüşlər keçirib - Sputnik Azərbaycan
İlham Əliyevin İtaliyanın iqtisadi inkişaf nazirinin müavini ilə görüşü olub

Prezidenti İlham Əliyev, həmçinin İtaliya Respublikasının iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi ilə görüşüb.

Prezident İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi ilə görüşdən məmnunluğunu bildirib, səfərin məhsuldar olacağına əminliyini ifadə edib. Azərbaycan-İtaliya əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin yaxşı tərəfdaş olduqlarını deyib.

Dövlətimizin başçısı Cənub Qaz Dəhlizi layihəsinin icrası ilə bağlı ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyib. Qeyd edib ki, bu layihə dövlətləri və şirkətləri daha da sıx birləşdirir.

İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi görüşə görə minnətdarlığını bildirib. O, dövlətimizin başçısı ilə görüşün bir çox məsələlərlə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan olduğunu deyib. Andrea Cioffi Azərbaycan ilə münasibətlərin bütün sahələrdə, o cümlədən ticarət sahəsində də inkişaf etdiyini vurğulayıb.

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidenti ilə görüşüb
Dövlət başçısı önəmli görüşlər keçirib - Sputnik Azərbaycan
İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidenti ilə görüşüb

Dövlətimizin başçısı 20-də Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak ilə də görüşüb. 

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası toplantılarının təşkilinin yaxşı ənənəyə çevrildiyini vurğulayaraq, bu mühüm tədbirlərdə planlaşdırılan hədəflərə nail olunduğunu qeyd edib.

Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak Cənub Qaz Dəhlizi layihəsinin uğurlu icrasında Məşvərət Şurasının toplantılarının önəmini vurğulayıb. O, Avropa İttifaqının əsas maliyyə strukturu olan bu bankın Cənub Qaz Dəhlizi layihəsinə maliyyə dəstəyi göstərməsinin əhəmiyyətini qeyd edib. 

Layihəyə verdiyi dəstəyə görə minnətdarlığını bildirən Prezident qeyd edib ki, bu, bankın bölgədə maliyyələşdirdiyi ən böyük layihələrdən biridir. Cənub Qaz Dəhlizinin dayanıqlı layihə olduğunu xatırladan Prezident İlham Əliyev bu kreditlərin Avropa İnvestisiya Bankının və Avropa İttifaqının layihəyə dəstəyini nümayiş etdirdiyini bildirib.

Görüşdə müxtəlif sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

© Official website of President of Azerbaijan Republicİlham Əliyevin Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşü olub
Dövlət başçısı önəmli görüşlər keçirib - Sputnik Azərbaycan
İlham Əliyevin Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşü olub

Prezident İlham Əliyevin bu gün Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon ilə görüşü olub.

Görüşdə dövlətimizin başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı kimi vacib tədbirdə iştirakına görə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembona təşəkkürünü bildirdi. Prezident İlham Əliyev Dünya Bankının Cənub Qaz Dəhlizi layihəsinə və Azərbaycanın reallaşdırdığı digər layihələrə verdiyi davamlı dəstəyə görə minnətdarlığını ifadə etdi. Bu əməkdaşlığı yüksək qiymətləndirən Azərbaycan Prezidenti Dünya Bankı ilə işbirliyinin uzunmüddətli və məhsuldar olduğunu bildirdi.

Cənub Qaz Dəhlizi layihəsinin icrasının uğurla davam etdirilməsindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı ötən il layihənin icrasında mühüm irəliləyişlərin olduğunu və bunun bu il də davam etdirildiyini dedi.

Davosda Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva ilə görüşünü xatırladan dövlətimizin başçısı həmin görüşdə gələcək əməkdaşlıq haqqında geniş müzakirələrin aparıldığını bildirdi.

Xəbər lenti
0