Dövlət qulluqçusu, arxiv foto

Dövlət qulluqçusu olmaq istəyənlərin gözlədiyi xəbər

192
(Yenilənib 12:34 20.02.2019)
Müsahibələrdə iştirak etmək üçün qeydiyyat müddəti 2019-cu il 7 mart tarixinə qədər davam edəcək

BAKI, 20 fevral — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) 5 fevral 2019-cu ildən etibarən mərkəzi icra hakimiyyəti orqanlarında inzibati rəhbər vəzifələr üzrə müsabiqənin müsahibə və ümumi müsahibə elanlarını vermişdi.

Sputnik Azərbaycan DİM-ə istinadla xəbər verir ki, dövlət qulluğu vəzifələrinin A növünə aid (inzibati rəhbər vəzifələr) müsabiqənin müsahibə mərhələsi üzrə 5 dövlət orqanında 88, ümumi müsahibə üzrə isə 4 dövlət orqanında 10 vakant inzibati vəzifənin tutulması üçün müsahibə mərhələsi elan edilib. Müsahibədə iştirak etmək üçün qeydiyyat müddəti 2019-cu il 7 mart tarixinə qədər davam edəcək. 

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.

Namizədlər dövlət qulluğunun A növü üzrə müsabiqənin müsahibə və ümumi müsahibə elanlarıı ilə bir yerdə buradan da tanış ola bilərlər.

Qaydalara əsasən, vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verənlər müsahibələrdə iştirak edə bilərlər . Aşağıdakı cədvəldə hər iki elanda verilmiş vəzifə altqrupu üzrə vakant yerlərin sayı və imtahan verərək müvafiq sertifikatı əldə edənlərin sayı qeyd olunmuşdur. Cədvəldən də göründüyü kimi AC1 vəzifə altqrupuna uyğun 12, AC3 vəzifə altqrupuna uyğun 19, AC4 vəzifə altqrupuna uyğun 63 vakant yer var. Sertifikatı olanların sayı isə müvafiq olaraq 18, 40 və 50-dir. Nəzərə alsaq ki, vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahiblərdə də iştirak edə bilərlər, bu zaman namizədlərin seçim imkanları daha çox olur. Sertifikat əldə etmiş şəxslər vakant vəzifələrin tutulması üçün digər tələblərə (əmək stajı, təhsil, ixtisas və s.) cavab verirlərsə, müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Müsahibələrdə iştirak etmək üçün qeydiyyat müddəti 2019-cu il 7 mart tarixinə qədər davam edəcək.

Namizədlər "Dövlət qulluğu üzrə müraciət Forması"nı doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Elan edilmiş müsahibələrdə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.

Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa çatdıqdan sonra Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından əldə edə bilərlər.

192
Teqlər:
Dövlət İmtahan Mərkəzi, imtahan, müsahibə, dövlət qulluqçusu
Əlaqədar
Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə
DİM-dən dövlət qulluqçusu olmaq istəyənlərə məyusedici xəbər
İş axtaranların nəzərinə
Sarımsaq, arxiv şəkli

Təbii antibiotik zərərli imiş

12
(Yenilənib 23:40 05.12.2020)
Məlum olub ki, sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

BAKI, 5 dekabr — Sputnik. Çoxsaylı faydalı təsirləri olmasına baxmayaraq, sarımsaq aqressiv məhsul hesab edilir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə danışan həkim-dietoloq İnna Zaykina bildirib ki, çox sarımsaq yemək olmaz.

Mədə xorası xəstəliyi, pankreatit və digər xəstəliyi olan insanlar sarımsaq yeməməlidirlər. Çünki sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

Bir müddət əvvəl isə endokrinoloq Yelena Qubkina kartof bişirmə və yemək üsulları barədə danışarkən bildirmişdi ki, kartof torpaqdan və havadan zərərli maddələr yığdığı üçün onu istehlak edərkən diqqətli olmaq lazımdır. Belə ki, kartofu soyulmuş qaynatmaq və buxarda bişirmək daha faydalıdır. Belə ki, bu zaman tərəvəz maksimum miqdarda qida - kalium, natrium, B6 vitamini verir.

12
Teqlər:
allergiya, mədə-bağırsaq xəstəlikləri, simptom, xəstəlik, təbii antibiotik, zərər, sarımsaq
KİV nümayəndələrinin siluetləri

Azərbaycanlı fotoqraflar Beynəlxalq Federasiyanın fəxri adlarını aldılar

8
(Yenilənib 23:20 05.12.2020)
Nurlan Tahirli, Valeri Xlizov, Aleksandr Firstov UNESCO-nun təqdir etdiyi məşhur təşkilatın şərəfli "Rəssam", Rəşad Mehdiyev "Mükəmməllik", İlqar Cəfərov "Mükəmməllik/bürünc" adlarına layiq görülüblər

BAKI, 5 dekabr - Sputnik. Azərbaycanın "Gilavar" fotoklubunun dəstəyi ilə azərbaycanlı fotoqraflar Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) fəxri adlarına layiq görülüblər. 

Sputnik Azərbaycan-a fotoklubun mətbuat xidmətindən verilən məlumata görə, bu, UNESCO-nun tanıdığı yeganə fototəşkilatdır. 

Onun fəxri adlarını almaq üçün fotoqraflar xüsusi qaydalara riayət etməlidirlər: FIAP-ın müxtəlif ölkələrdə keçirdiyi müsabiqələrə qatılmalıdırlar, onların fotoqrafiyaları bədii və texniki ustalıq nöqteyi-nəzərindən təqdir olunmalı və onlar mükafat qazanmalıdırlar. Bunlardan əlavə, təşkilatın bədii komissiyasının və direktorlar şurasının üzvlərinin səsləri də nəzərə alınmalıdır. 
Azərbaycanlı fotoqraflar Nurlan Tahirli, Valeri Xlizov, Aleksandr Firstov şərəfli "Rəssam", Rəşad Mehdiyev "Mükəmməllik", İlqar Cəfərov "Mükəmməllik/bürünc" adlarına layiq görülüblər. Bu adlar ildə bir dəfə verilir. 2016-cı ildən bəri fəxri adlar alan azərbaycanlı fotoqrafların sayı artaraq yeddiyə çatıb. 

Qeyd edək ki, İlqar Cəfərov və Rəşad Mehdiyev AZƏRTAC Dövlət İnformasiya Agentliyinin fotojurnalistləridir. Onların hər ikisi İkinci Qarabağ müharibəsi zamanı cəbhəyanı və işğaldan azad olunmuş ərazilərdə çəkilişlər aparıblar.

8
Teqlər:
fəxri adlar, fotoqraf, azərbaycanlı