Bu gün kiçik çillə çıxır

© Sputnik / Shahperi AbbasovaŞimal-qərb bölgəsinə qar yağıb
Şimal-qərb bölgəsinə qar yağıb - Sputnik Azərbaycan
Abunə olmaq
Xatırladaq ki, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq

BAKI, 20 fevral — Sputnik. Bu gün Azərbaycanda qışın daha soyuq hesb edilən dövrü - Kiçik çillə başa çatır. Sputnik Azərbaycan xəbər verir ki, sabahdan onu Boz ay əvəzləyəcək.

Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: Böyük çillə 40 gün, Kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruz bayramınadək qalan 30 gün Boz ay adlanır.

Bu təqvimlə dekabrın 22-dən yanvarın 31-dək Böyük çillə, yanvarın 31-dən fevralın 21-dək Kiçik çillə, fevralın 21-dən martın 21-dək Boz ay davam edir.

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il ilk çərşənbə - Su çərşənbəsi fevralın 26-na təsadüf edəcək.

Martın 5-də Od, martın 12-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 19-da qeyd ediləcək.

Xatırladaq ki, Novruz bayramında 20-26 mart tarixləri qeyri-iş günləri olacaq.

Xəbər lenti
0