ATƏT-in bayrağı

Həmsədrlər gözlənilmədən Yerevana gəlib, Bakıya da ciddi səfər gözlənilir

9171
(Yenilənib 11:50 20.02.2019)
Həmsdərlər Yerevandan Azərbaycana gələcəklər

BAKI, 20 fevral — Sputnik. ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Svoxer (ABŞ) və Stefan Viskonti (Fransa) bu gün Ermənistana səfərə gəlib. Bu barədə Sputnik Ermənistan xəbər verir. 

Bildirilir ki, Yerevanda Qarabağ münaqişəsinin nizamlanması üzrə həmsədrlər baş nazir Nikol Paşinyan və xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşüb. Həmsdərlər Yerevandan Azərbaycana gələcəklər. 

Qeyd edək ki, ötən gün ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiya xarici işlər naziri Miroslav Layçak bəyan edib ki, Qarabağ probleminin nizamlanmasını müzakirə etmək üçün Ermənistan və Azərbaycana səfər edəcək.

"Mən mart ayının birinci yarısında Yerevan və Bakıya səfər etmək niyyətindəyəm. Ermənistan və Azərbaycan rəsmiləri məni səfərə dəvət ediblər" - deyə Layçak vurğulayıb.

Onun sözlərinə görə, Slovakiya münaqişənin nizamlanması üzrə Minsk qrupunun səylərini tam dəstəkləyir.

"Seçkilərdən sonra Ermənistanda yeni vəziyyət yaranıb. Çox güclü mandat əldə edən hökumət var və müəyyən gözləntilər də məhz bununla bağlıdır" - deyən slovakiyalı nazir Minsk qrupunun həmsədrlərinə bu yeni vəziyyətdən istifadə etməyə yardım etməyi öz hədəfi hesab edir.

9171
Teqlər:
səfər, Ermənistan, ATƏT
Əlaqədar
ATƏT-də sədrlik dəyişdi
ATƏT cəbhə xəttində monitorinq keçirib
ATƏT-in PA sədri: “Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapmalıdır”
Ermənistan hökumətindən Qarabağa dair yeni gözləntilər var – ATƏT sədri