Təqvim

Qeyri-iş günlərinin sayı açıqlandı

347
(Yenilənib 11:41 20.02.2019)
Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir

BAKI, 20 fevral — Sputnik. Azərbaycanda qeyri-iş günlərinin sayı açıqlanıb. Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyindən məlumat verilib. 

Məlumata görə, bu il 8 mart - Qadınlar günü; 20, 21, 22, 23, 24 mart Novruz bayramı; 9 may Faşizm üzərində qələbə günü; 28 may Respublika günü; 5,6 iyun Ramazan bayramı; 15 iyun Milli qurtuluş günü; 26 iyun Silahlı Qüvvələri günü; 12,13 avqust Qurban bayramı; 9 noyabr Dövlət bayrağı günü, 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü qeyri iş günləri hesab edilir.

Məlumata görə, Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "2019-cu ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" 2018-cı il 19 dekabr tarixli 856s nömrəli sərəncamına əsasən 2019-cu ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 25, 26 mart, 17 iyun, 11 noyabr tarixləri, altıgünlük iş həftəsində 25 mart tarixi istirahət günləridir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir.

347
Teqlər:
Əmək və əhalinin Sosial Müdafiə Nazirliyi, Azərbaycan, qeyri-iş günü, iş günü
Əlaqədar
Həftənin bu günü qeyri-iş günüdür
Mayda qeyri-iş günlərinin sayı açıqlandı
Qeyri-iş günlərində nağd pul niyə ərşə çəkilir - Rəsmi və qeyri-rəsmi cavab