Sərhədimizdə böyük cinayət cəhdinin qarşısı alınıb

© AFP 2023 / TAUSEEF MUSTAFAHindistan Sərhəd qoşunlarında qulluq edən əsgər
Hindistan Sərhəd qoşunlarında qulluq edən əsgər - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd olunan faktlar üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir

BAKI, 20 fevral — Sputnik. Son günlərdə dövlət sərhədinin etibarlı mühafizəsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Dövlət Sərhəd Xidməti tərəfindən bir sıra uğurlu əməliyyatlarlar keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. 

PKK terrorçuları, arxiv şəkli - Sputnik Azərbaycan
Gerisayım başladı: PKK-nın sərhəd xəttindəki bütün mövqeləri darmadağın ediləcək

Məlumata görə, 7 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­larının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində həyata ke­çirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonu­nun ərazisində dövlət sərhədindən narkotik vasitələrin qeyri-qa­nuni gətirilməsi cəhdinin qarşısı alınarkən Masallı rayon sakini 1994-cü il təvəllüdlü Nəzirli Cavad Fikrət oğlu saxlanılıb.

Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən 1 kq 720 qr "heroin", 2763 manat və 3 ədəd mobil telefon aşkar olu­naraq götürül­üb. Həmin cinayətin digər iştirakçısı təqibdən yayınaraq meşə massivində gizlənməyə müvəffəq olub. Qeyd olunan şəxsin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

18 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sahil Müha­fizəsinin Lənkəran rayonunun Vel kəndinin ərazisində xidmət apa­ran sahil nəzarəti bölməsinin əməkdaşları tərəfindən sahildə kolluq­ların arasında gizlədilmiş halda 1 kq 85 qr "heroin" aşkarlanaraq götü­rül­üb.

Qeyd olunan faktlar üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0