Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilir

Bakıda Azərbaycanın meqa layihəsi ilə bağlı konfrans keçirilir

72
(Yenilənib 10:55 20.02.2019)
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən "Birgə Bəyannamə" imzalanacaq

BAKI, 20 fevral — Sputnik. Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin V iclası keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin V toplantısı açılış mərasimi və salamlama nitqlərindən sonra üç plenar sessiya üzrə davam edəcək. Birinci sessiyada Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri üzrə görülmüş işlərə dair hesabatlar diqqətə çatdırılacaq. 

Avropa Komissiyasının büdcə və kadr siyasəti üzrə komissarı Günter Ottinger və energetika naziri Pərviz Şahbazovun moderatorluğu ilə keçirilən ikinci plenar sessiyada layihəyə cəlb edilmiş ölkələrin nazirlərinin çıxışları nəzərdə tutulub. Üçüncü plenar sessiya Cənub Qaz Dəhlizi layihəsinin birləşdirici kəmərlərlə genişləndirilməsi perspektivlərinə həsr olunub.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən "Birgə Bəyannamə" imzalanması, eləcə də mətbuat konfransının keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı isə ötən il fevralın 15-də keçirilib.

72
Teqlər:
Bəyənnamə, toplantı, nazirlər, Cənub Qaz Dəhlizi” layihəsi, layihə, Bakı, konfrans
Əlaqədar
UNEC-də beynəlxalq elmi konfrans keçiriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 100 illiyi ilə bağlı konfrans keçirilib
“Onlayn media və müəllif hüquqları” mövzusunda konfrans keçirilib
“Qloballaşan dünya və Azərbaycan dili” mövzusunda elmi-praktik konfrans keçirilib