Parlamentin iclası

Dövlət gerbi himnindən istifadə qaydaları haqqında qanun layihələri qəbul edilib

194
(Yenilənib 12:57 19.02.2019)
Hər iki qanun layihəsi müzakirə olunduqdan sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul olunub

BAKI, 19 fevral-Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında” və “Azərbaycan Respublikasının Dövlət himninin istifadəsi qaydaları haqqında” qanun layihələri üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihəsi 10 maddədən ibarətdir və Azərbaycan dövlət himninin ifa edilməsi, oxunması və dinlənilməsi qaydalarını müəyyən edir. 

Qanuna əsasən, Azərbaycan Prezidenti seçilən şəxsin andiçmə mərasimində (Prezident and içdikdən sonra), Prezidentin Milli Məclisin iclaslarına gəldiyi zaman, Milli Məclisin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı, Naxçıvan Ali Məclisinin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı, Azərbaycanın bayramlarına həsr edilən təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı, Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olduqda, Azərbaycanın görkəmli dövlət, siyasi, ictimai, elm, ədəbiyyat, incəsənət xadimlərinin və milli qəhrəmanların abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı, dövlət orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar və ya qeyri-hökumət təşkilatları tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı (Azərbaycanın dövlət bayrağı qaldırılarkən və ya asılarkən), Azərbaycana rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçılarının qarşılanması və yola salınması zamanı (müvafiq ölkənin dövlət himni ifa edildikdən sonra) mütləq ifa edilir.
Azərbaycanın dövlət himni musiqisinə uyğun orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitəsindən istifadə etməklə bütün hallarda tam ifa edilir. Himn ifa edildikdə Azərbaycanın vətəndaşları himni ayaqüstə, farağat vəziyyətdə, sona qədər dinləməli və ya mətninə uyğun olaraq oxumalıdırlar. Himn ifa edildikdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər himni ayaqüstə, farağat vəziyyətdə və sona qədər dinləməlidirlər.

Bundan başqa, Azərbaycanın dövlət himninin başqa dildə oxunması qanunla qadağan edilir.

9 maddədən ibarət olan “Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında” qanun layihəsində dövlət gerbinin istifadəsinə dair yeni məhdudiyyətlər müəyyənləşib.

Layihəyə əsasən, dövlət gerbi Konstitusiya qanununa uyğun təsvir edilməli və nəzərdə tutulan qaydada istifadə edilməlidir.

Dövlət gerbinin oturulan, ayaq basılan və natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağandır.

Qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, dövlət gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər isə Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Hər iki qanun layihəsi müzakirə olunduqdan sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul olunub.

194
Teqlər:
Milli Məclis, qaydalar, istifadə, dövlət himni, dövlət gerbi
Əlaqədar
"Milli Məclis Avropa Parlamentinə etiraz məktubu göndərməlidir"
Milli Məclis ilk plenar iclasına start verib
Milli Məclis üzvü: "Maddi ehtiyac üzündən oğurluq edənlərə görə cəmiyyət utanmalıdır"
Milli Məclis toplaşıb, önəmli qərar gözlənilir

Gənc heykəltaraş bu dəfə polkovnikin xatirəsini əbədiləşdirib

1
Barelyefi ailəsinə təqdim edəcəm. Onlar bəyənərsə, dövlət qurumlarından razılıq olarsa, şəhidimizin yaşadığı binanın önündə qurulacaq.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 6 avqust — Sputnik. Bir müddət öncə şəhidimiz General-mayor Polad Həşimovun büstünü hazırlayan, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının IV kurs tələbəsi, Təbriz Soltanlı növbəti əsərini yaradıb. O, bu dəfə qəhrəman şəhidimiz polkovnik İlqar Mirzəyevin büstünü əbədiləşdirib.

Gənc heykəltaraşın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, polkovnikin barelyefi 10 günə hazırlanıb: "Tovuz hadisələrindən sonra hər kəs şəhid olan qəhramanlarımız üçün çalışır ki, nəsə etsin. Rəssamlar onların portretlərini hazırladı, musiqiçilər onlardan bəhs edən mahnı bəstələdi və s. Mən də çalışdım ki, dəryada bir damla olum. Ona görə də şəhidimiz polkovnik İlqar Mirzəyevin barelyefini hazırladım. Barelyefin eskiz və gil versiyası 10 günə hazır oldu. İndi gil versiyadadır, tam hazır olduqdan sonra ailəsinə təqdim edəcəm. Hazırda paytaxta gəlirəm, barelyefi ailəsinə təqdim edəcəm. Onlar bəyənərsə, dövlət qurumlarından razılıq olarsa, şəhidimizin yaşadığı binanın önündə qurulacaq".

Qeyd edək ki, heykəltaraş bundan əvvəl Milli qəhrəmanımız Mübariz İbrahimovun, General-mayor Polad Həşimovun barelyefini hazırlayıb. O, bundan başqa, dahi şairlərimiz Mikayıl Müşfiq, Əhməd Cavadın, teatr və kinomuzun əfsanəvi aktyoru Səməndər Rzayevin barelyefini hazırlayıb.

1
Koronavirus modeli, arxiv şəkli

İyirmi milyonadək insanın həyatnı təhdid edən "əjdaha"nın sonuna az qaldı

2
(Yenilənib 14:41 06.08.2020)
Kanzas Universitetinin mütəxəssisləri koronavirusa qarşı terapevtik vasitəni sınaqdan keçiriblər və SARS-CoV-2 virusunun inkişafında 3CLpro proteazının əsas ferment olduğunu aşkar ediblər.

BAKI, 6 avqust — Sputnik. Alimlər "SARS-CoV-2" virusunun "zəif yerini" aşkar ediblər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Science Daily" portalında dərc edilmiş məlumatda deyilir.

Kanzas Universitetinin mütəxəssisləri koronavirusa qarşı terapevtik vasitəni sınaqdan keçiriblər və SARS-CoV-2 virusunun inkişafında 3CLpro proteazının əsas ferment olduğunu aşkar ediblər.

Bu proteazın inhibitorlarından laboratoriya siçanları üzərində istifadə zamanı virusun replikasiyasının dayandığı ortaya çıxıb.

Tədqiqatçıların sözlərinə görə, virusun bu "zəif yeri"nə belə bir təsir yalnız MERS virusunun deyil, həm də MERS-CoV və SARS-CoV-2 koronavi̇rusunun qarşısını almağa imkan verir. Mütəxəssislər növbəti addım kimi dərman vasitəsinin insanlarda effektivliyini yoxlamağın zərurətini vurğulayırlar.

Dünyada koronavirusa yoluxanların sayı 18 812 355-ə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

2