Qəbələyə yağan qar

Əhaliyə hava xəbərdarlığı - Qar, şaxta, külək

280
(Yenilənib 13:28 18.02.2019)
Bakıda və Abşeron yarımadasında fevralın 19-da yağışın sulu qara keçəcəyi gözlənilir

BAKI, 18 fevral - Sputnik. Bakıda və Abşeron yarımadasında fevralın 19-da yağışın sulu qara keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 2-3 dərəcə isti olacaq, gecəyə doğru 0-yə yaxınlaşacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında isə fevralın 19-da arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 19-da Abşeron yarımadasında havanın təzadlı dəyişəcəyi, xəzri küləyinin güclənəcəyi və yağıntılı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün, əsasən, əlverişsizdir.

Nazirlik xəbərdarlıq edir ki, Bakıda və Abşeron yarımadasında fevralın 18-dən 19-na keçən gecədən başlayaraq fevralın 20-dək hava şəraitinin dəyişəcəyi, yağışın sulu qara keçəcəyi gözlənilir. Şimal küləyinin sürəti 15-20 m/s olacaq, arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu fevralın 19-da ötən günlə müqayisədə 6-8 dərəcə aşağı enəcək, gün ərzində 2 dərəcəyə yaxın isti olacaq.

Azərbaycanın rayonlarında isə fevralın 18-i axşamdan 20-si səhərədək, əsasən, şimal və şərq rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı rayonlarda intensiv olacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu fevralın 19-da ötən günlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.

280
Teqlər:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, xəbərdarlıq, şaxta, külək, qar
Əlaqədar
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlandı
Hava xəbərdarlığı gəldi – Temperatur kəskin düşəcək
Bölgələrdə yağan qarın miqdarı açıqlandı – Faktiki hava
Əhaliyə hava xəbərdarlığı - Qar, şaxta, külək
Dövlət Departamenti

ABŞ-ın Belarusa dair planı var - Dövlət Departamentinə bağlı adamlar Minskdə edirlər?

3
Belarus Prezidenti qeyd edib ki, hakimiyyətə "onların adları, soyadları, ünvanları, parolları, gizli görüş yerləri" məlumdur.

BAKI, 6 avqust — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Respublikada seçkiqabağı kampaniya zamanı saxlanılanlar arasında "Amerika pasportu olan şəxslər, Dövlət Departamentində işləyənlərin həyat yoldaşları" var.

Belarus Prezidenti qeyd edib ki, hakimiyyətə "onların adları, soyadları, ünvanları, parolları, gizli görüş yerləri" məlumdur.

"Amerikalı, Dövlət Departamenti işçisi, demokratik partiyanın işçisi olmağının önəmi yoxdur. <...> Rusiyada seçkiqabağı kampaniyada iştirak ediblər, yaxşı pul qazanıblar. Hesab edirəm ki, amerikalılar onları indi qoruyacaqlar. Belə şey ola bilməz".

Onun sözlərinə görə, Belarusda belə adamlar az deyil və onların hamısı "puldan yaşıllaşıblar" – "Kim ödəyirsə, onun üçün də oxuyurlar".

Xatırladaq ki, bir neçə gün əvvəl paytaxt Minskdəki otellərdən birində Rusiya pasportlu 32 nəfər silahlı yaxalanmışdı.

3
Oğru, arxiv şəkli

Məktəbdən oğurluq edən şəxs saxlanılıb

0
Araşdırmalarla onun rayon sakini Əlişir Tağıyev olduğu müəyyən edilib. Ə. Tağıyevin 110 manat pul və 495 manat dəyərində 1 ədəd mobil telefon oğurladığı məlum olub. Saxlanılan şəxslər dindirilmə zamanı törətdiyi cinayət əməllərini etiraf edib.

BAKI, 6 avqust — Sputnik. İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisindəki məktəbdən və evlərin birindən oğurluq edən şəxslər saxlanılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, avqust ayında rayon ərazisində yerləşən məktəblərin birindən oğurluq edilməsi barədə RPŞ-yə müraciət daxil olub. Daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Musa Məlikov saxlanılıb. Araşdırmalarla onun 6 ədəd noutbik və 1 ədəd rəqəmsal televizor oğurladığı müəyyən edilib. Oğurlanmış əşyalar maddi sübut kimi götürülüb.

Bundan başqa keçirilmiş digər tədbirlərlə rayon ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən digər bir şəxs də saxlanılıb. Araşdırmalarla onun rayon sakini Əlişir Tağıyev olduğu müəyyən edilib. Ə. Tağıyevin 110 manat pul və 495 manat dəyərində 1 ədəd mobil telefon oğurladığı məlum olub. Saxlanılan şəxslər dindirilmə zamanı törətdiyi cinayət əməllərini etiraf edib.

Hər iki faktla bağlı İmişli RPŞ-də araşdırmalar davam etdirilir.

0