Azərbaycan və Belarus Müdafiə nazirləri görüşüb

Nazirlər Abu-Dabidə bir araya gəliblər

17
(Yenilənib 12:44 18.02.2019)
Azərbaycan və Belarus müdafiə nazirləri arasında görüş olub

BAKI, 18 fevral — Sputnik. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu-Dabi şəhərinə səfəri çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının müdafiə naziri general-leytenant Andrey Ravkovla görüşüb.

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib, eləcə də maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

İDEX - 2019 Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan nümayəndə heyəti Belarus Respublikasının hərbi sənayesinin istehsal etdiyi döyüş texnikaları və hərbi təyinatlı digər vasitələrlə tanış olub, Ordumuzun arsenalını gücləndirə biləcək silah və texnika ilə yaxından maraqlanıb.

Sərgi zamanı Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının Dövlət Hərbi Sənaye Komitəsinin sədri cənab Roman Qolovçenko ilə görüşüb.

Tərəflər hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini, müasir hərbi texnologiyaların tətbiqi imkanlarını və qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.

17
Teqlər:
müdafiə naziri, Belarus, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri
Əlaqədar
Müdafiə Nazirliyinin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Zakir Həsənov Türkiyənin müdafiə nazirinə başsağlığı verib
Ermənistan müdafiə nazirindən acı etiraf: “Resursumuz yoxdur”
Şəhid məzarı. Arxiv şəkli

Müdafiə Nazirliyi Tovuzda şəhid olan hərbçilərimizin adlarını açıqladı

15
(Yenilənib 22:15 12.07.2020)
Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub

BAKI, 12 iyul — Sputnik. Düşmən hücumunun qarşısı alınarkən hərbi qulluqçularımız şəhid olublar. 

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olublar.

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

15
Əlaqədar
Tovuz istiqamətində döyüş gedir: hər iki tərəfdən itki var
İtki verən Ermənistan ordusu geri oturdulub
Hikmət Hacıyev: "Ermənistan tərəfi hər-hansı ərazi əldə etməyə müvəffəq olmayıb"
Ermənistan mətbuatının iddialarına Azərbaycan Müdafiə Nazirliyindən cavab
"Ermənistan üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır"
Gəncədə Hacı Zeynalabdin Tağıyevin adına bulaq kompleksi

Su qədər ömrün olsun: Tağıyevin əməllərini indi elə savabla yaşadırlar - FOTO

4
(Yenilənib 21:33 12.07.2020)
O, bir neçə il müddətində əmək sərf etdiyi abidəyə çəkdiyi xərci dilə gətirməyi sevmir, bunun üçün isə öz səbəbləri var

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 12 iyul — Sputnik. Gəncə sakini Elbrus Hüseynov yaşadığı küçədə böyük Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirib. Sputnik Azərbaycan bildirir ki, E.Hüseynov xeyriyyəçinin adını daşıyan küçədə bulaq kompleksi tikib, üzərinə onun lövhəsini vurub, ətrafında yaşıllıq yaradıb. 42 yaşlı şəhər sakini əsas məqsədinin H.Z.Tağıyevin daha yaxından tanıdılmasına cüzi də olsa xidmət etmək, həm də onun xeyriyyəçilik ideyalarının yaşadılmasına töhfə vermək olduğunu söyləyib.

“Uşaqlıqdan Tağıyev haqda bizə öyrədilən, danışılan xeyirxahlıqları məndə ona bir rəğbət yaradıb. Onun şərəfinə bir iş görmək istədim və bulağı ərsəyə gətirdim. Bu işə yeni başlayanda məndən soruşurdular ki, qohumundurmu, babanmı düşür? Onlara başa salırdım ki, bu adam su çəkdiyinə görə, insanların əlindən tutduğuna görə, xalqının gələcəyini düşündüyünə, çətinliklərdən çıxardığına görə layiqdir bu işə”, - deyə müsahibimiz məlumat verib.

© Sputnik / Ilham Mustafa
Elbrus Hüseynov

İxtisasca memar olan Elbrus Hüseynov bulağın layihəsini də özü hazırlayıb, inşasını da özü həyata keçirib. Həm də pula qənaət etməyib, inşaat üçün ağ mərmərdən istifadə edib. Lakin o, abidə üçün çəkdiyi xərci dilə gətirməyi sevmədiyini bildirib:

“Layihəsini də özüm çəkmişəm. Bütün fəhlə, usta işlərini də özüm görmüşəm. Bu işə çəkdiyim xərci həmişə soruşurlar məndən. Amma mən onu dilə gətirməyi ehtiyac bilmirəm. Xeyriyyəçiliyin bir şərti də odur ki, bunu elə xeyriyyəçilik kimi edəsən, ona çəkilən xərci hesablamayasan”.

© Sputnik / Ilham Mustafa
Gəncədə Hacı Zeynalabdin Tağıyevin adına bulaq kompleksi

E.Hüseynov buranın həm də bir su mənbəyi olduğunu, yolla keçən şəhər sakinlərinin, qonaqların bu sudan istifadəsinin də savab olduğunu bildirib. Bulaq kompleksinə istifadə edilən su isə öz evindən gəlir.

"Hamı oturub pul fikirləşəndə mən bu işi görmüşəm. Bu pula maşın da almaq olardı, başqa işlər görərdin deyirdilər. Dedim, yox, mən bu işi görürəmsə, deməli, mənimçün ən yaxşı iş budur. Bu, həm də su mənbəyidir. Turistlər gəlirlər Gəncəyə. Suyun özü bir ehsandır. Yoldan keçən uşaq-böyük oradan bir stəkan su içəndə elə onun özü bir savabdır. Tağıyev əhali üçün su çəkdirmişdi, mən də buraya çəkdim. Buranın suyu evimdən verilir". 

Elbrus Hüseynovun məhz bulaq variantını seçməsi də səbəbsiz deyil. O, bununla Bakıya su çəkdirən Tağıyevin nəcib əməlini bir daha yada salmaq, insanları xeyirxah işlərə ruhlandırmaq istəyib: "Küçəmiz H.Z.Tağıyevin adını daşıyır. Soruşurdular, qohumundurmu, babandırmı, hansı əlaqə var? Deyirdim yox. Amma bu insana bir baba kimi hörmətim var.

© Sputnik / Ilham Mustafa
Gəncədə Hacı Zeynalabdin Tağıyevin adına bulaq kompleksi

2006-da başladım, 2010-da bitirdim. Yerinin balaca olmağına baxmayaraq dekorativ bir iş görmək çətindir. Həm artıq detal olmasın, həm yerə uyğunlaşsın. Bunun özü bir zövqlə işlənir.

Mərmərdir, mozaika daşlarıdır. Ən çox mərmərdən istifadə olunub. Saf niyyətli insan olduğu üçün fikirləşdim, abidəni kompleks şəkildə - həm abidə, həm şəlalə, həm bulaq - qurum. Burada təmiz niyyət, təmiz istək və saflıq rol oynayıb.

  • Gəncədə Hacı Zeynalabdin Tağıyevin adına bulaq kompleksi
    © Sputnik / Ilham Mustafa
  • Gəncədə Hacı Zeynalabdin Tağıyevin adına bulaq kompleksi
    © Sputnik / Ilham Mustafa
  • Gəncədə Hacı Zeynalabdin Tağıyevin adına bulaq kompleksi
    © Sputnik / Ilham Mustafa
1 / 3
© Sputnik / Ilham Mustafa
Gəncədə Hacı Zeynalabdin Tağıyevin adına bulaq kompleksi

Mane olmaq istəyənlər olsa da, çox üstümə gəlmirdilər. Hər kəsə maraqlıydı, bunun burada xeyri yoxdursa, niyə bu işi görür. Heç bir təmənna olmadan.

Bir gün Hacının şəklini döydürüb gətirmişəm. Polislər gəldilər. Soruşdular ki, nə iş görürsən. Daşı evə qoymuşdum. Polis baxdı. Dedim, tanıyırsız? Dedi, tanıyıram. Dedim, bu kişinin abidəsini tikdirirəm burada. Dedilər, əlini soyutma, biz bildik ki, sən burada nə iş görürsən".

4
Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri
Əlaqədar
Metal lövhələri sənət əsərinə çevirən adam: qonşu ölkələr onun işlərinə maraq göstərir
Daşları danışdıran adam: Bizim yerli materiallardan dünyanın heç yerində yoxdur
İçərişəhərdə gəzinti üçün yeni yerlər hazırdır – Bakı Xan Sarayı, Xan bağı və hamam
Nə turist var, nə qonaq, amma Naftalan nə edəcəyini bilir - FOTO
Bu da "distant alver": Azərbaycanda ilk satıcısız mağaza - FOTO