Fəal gənclər qanunvericilik proseslərini öyrənəcəklər

© Sputnik / Murad OrujovЗаседание Милли Меджлиса Азербайджана
Заседание Милли Меджлиса Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə, bu layihələr “ASAN könüllüləri”nə daxil olmayan gəncləri də əhatə edib

BAKI, 18 fevral - Sputnik. ““ASAN Könüllüləri” hazırda 17 mindən çox könüllünü özündə birləşdirir. Bu, bir hərəkata çevrilib və bu çərçivədə yüzlərlə layihə həyata keçirilib. Ümumilikdə, bu layihələr “ASAN könüllüləri”nə daxil olmayan gəncləri də əhatə edib. Təqribi hesablamara görə, 50 min gənci əhatə edən tədbirlər həyata keçirdik”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu “ASAN Xidmət”in İnsan resursları və təlim şöbəsinin müdiri Orxan Dəmirli parlamentdə keçirilən "Könüllülər Parlamenti - Azərbaycan, 2019" layihəsinin açılış mərasimində deyib. 

Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
"Könüllülər Parlamenti - Azərbaycan, 2019" layihəsinin açılış mərasimi keçirilir

O bildirib ki, “Əsgərə məktub”, “ASAN məktub” layihələri cəmiyyətdə bütün təbəqələrdən olan şəxslərin iştirakını təmin edib: “Həmin layihələr cəmiyyətimizdə çox tanınır və hamı bu layihələrə qoşulur. “Könüllülər Parlamenti” layihəsini də həyata keçiririk. Bu layihə nəticəsində fəal gənclərə imkan yaradılır ki, onların siyasi, qanunvericilik proseslərində iştirakları təmin olunsun. 4 gün davam edən bu layihə çərçivəsində onlar qanunvericilik proseslərini öyrənəcəklər. Qanun layihələri irəli sürüb Milli Məclisin komitələrinin iclaslarında iştirak edəcəklər. Onların Milli Məclisin deputatları ilə görüşləri olacaq”.

Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev çıxış edərək deyib ki, 2012-ci ildən fəaliyyət göstərən “ASAN xidmət” bir brenddir: ““ASAN idmət” dünyada Azərbaycanla bağlı çox gözəl bir imic formalaşdırıb, o cümlədən daxildə vətəndaşlar üçün böyük imkanlar açıb, vətəndaş və dövlət münasibətlərini tamamilə fərqli bir formasını yaradıb”.

Qeyd edək ki, Milli Məclis və “ASAN könüllüləri” Təşkilatının birgə əməkdaşlığı ilə "Könüllülər Parlamenti - Azərbaycan, 2019" layihəsi həyata keçirilir. "Könüllülər Parlamenti - Azərbaycan, 2019" layihəsində məqsəd gənclərin vətənpərvərlik ruhunda tərbiyələnməsinə töhfə vermək, siyasi biliklərinin və natiqliq qabiliyyətinin hərtərəfli inkişafını dəstəkləmək, vətəndaş mövqeyini konstruktiv ifadə etməsini stimullaşdırmaqdır. Milli Məclisin nümunəsi əsasında təşkil olunacaq layihənin iştirakçıları müxtəlif mövzular ətrafında müzakirələr apararaq siyasi təhlil bacarıqlarını göstərmək imkanı əldə edəcəklər.

18-21 fevral tarixini əhatə edəcək layihədə qeydiyyatdan keçmiş və müsahibə əsasında uğurlu hesab edilən 50 gənc iştirak edir.

Xəbər lenti
0