Səyyar ASAN xidmət avtobusu

"ASAN xidmət" 9 rayonda xidməti aslanlaşdıracaq

90
(Yenilənib 11:10 18.02.2019)
Goranboy, Göyçay, Şirvan və Biləsuvarda vətəndaşlara səyyar formada xidmət göstəriləcək

BAKI, 18 fevral — Sputnik. Səyyar "ASAN xidmət" 19-28 fevral Zığ qəsəbəsində, 1 fevral-2 mart Kürdəmir, Şəmkir, Masazır, Xaçmaz, Lənkəran, Goranboy, Göyçay, Şirvan və Biləsuvarda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Sputnik Azərbaycan “ASAN Xidmət”in mətbuat xidmətinə istinadən xəbər  verir ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və "Azəriqaz" İB tərəfindən təqdim olunur.

 Bu xidmətlərə aşağıdakılar daxildir: 

- Notariat fəaliyyəti;

- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

- Əmək pensiyalarının təyin edilməsi;

- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

-Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

- "Azəriqaz" İB tərəfindən göstərilən xidmətlər.

90
Teqlər:
xidmət, səyyar, rayon, Asan Xidmət, Səyyar ASAN xidmət
Əlaqədar
“ASAN xidmət”ə yeni səlahiyyət verildi
Bir çox dövlət qurumlarının səlahiyyətləri "ASAN xidmət"ə verildi - RƏSMİ
DİN səlahiyyətlərinin “ASAN Xidmət”ə verilməsinə aydınlıq gətirdi

Azərbaycanın işğaldan azad edilmiş torpaqlarındakı məktəblər

0
(Yenilənib 08:35 30.10.2020)
Tədris müəssisələri bərpa olunandan sonra şagirdlər yenidən Azərbaycanın işğaldan azad olunmuş rayonlarındakı məktəblərə qayıdacaqlar.
İnfoqrafika: İşğaldan azad edilmiş torpaqlarındakı təhsil ocaqları
© Sputnik / Elnur Salayev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, işğaldan azad olunmuş bütün ərazilərdə bərpa işləri aparılacaq və həmin rayonlarda həyat yenidən canlanmağa başlayacaq.

İşğaldan azad edilmiş torpaqlarda təhsil müəssisələrinin fəaliyyətinin bərpası bu işin bir parçası olacaq. Tezliklə sözügedən ərazilərdəki məktəblərin uzun fasilədən sonra öz qapılarını neçə şagirdin üzünə açacağını Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasından öyrənə bilərsiniz.

Hazırlanmış materialda məktəblərin, əvvəllər orada işləyən müəllimlərin və bu məktəblərdə təhsil alan  şagirdlərin sayı barədə məlumatlarla da tanış ola bilərsiniz.

0

Ermənistanın atəşi nəticəsində baş verən meşə yanğınları ilə bağlı açıqlama

3
Goranboy rayonunun ərazisinin düşmən tərəfindən ağır artilleriya qurğularından atəşlərə məruz qalması nəticəsində də meşəlik zonada yanğın baş verib.

BAKI, 30 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla yanaşı, ekoloji terror əməllərini də davam etdirir.

FHN-dən Sputnik Azərbaycan-a bildirilib ki, ötən gün döyüş bölgəsindən kənarda yerləşən Göygöl rayonunun ərazisinin Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından atəşə tutulması səbəbindən yanğın baş vermiş meşəlik ərazi bu gün səhər saatlarından da yenidən mərmi atəşlərinə məruz qalıb və nəticədə yanğın başlayıb.

Həmçinin Goranboy rayonunun ərazisinin düşmən tərəfindən ağır artilleriya qurğularından atəşlərə məruz qalması nəticəsində də meşəlik zonada yanğın baş verib. Yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub, bu istiqamətdə təxirəsalınmaz tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

3
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə