BMW avtomobili

Nazirlik xidməti avtomobillərdən imtina etdi

154
(Yenilənib 18:51 14.02.2019)
Bu da əməkdaşların əmək haqqlarının artırılmasına imkan yaradacaq

BAKI, 15 fevral — Sputnik. Qazaxıstanın maliyyə naziri bütün rayon şöbələrində xidməti avtomobillərdən imtina edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu, 400-dən çox avtomobil deməkdir. Sahə bütünlüklə optimallaşdırılır. Bu və digər tədbirlər 9,5 milyon dolların qənaət edilməsinə yardım edib. Bu da əməkdaşların əmək haqqlarının artırılmasına imkan yaradacaq.

Bu gün Qazaxıstanda sıravi dövlət işçisi orta hesabla 200 dollar əmək haqqı alır.

"Bu il biz rayon şöbələrində xidməti maşınlardan imtina etdik. Bu da 400-dən çox avtomobil deməkdir. Görülən tədbirlər 3,5 milyard təngə büdcə vəsaitinin qənaəti deməkdir. Bu da nazirlik və komitələrin əməkdaşlarının əmək haqqının artırılmasına yönələnəcək" - deyə Qazaxıstan maliyyə naziri Əlixan Smayılov bildirib.

Nazirin sözlərinə görə, yardımçı xidmətlərin optimallaşdırılması üzrə işlər davam etdiriləcək.

154
Manat, arxiv şəkli

Yardım dayandırılmayıb - Şahmar Mövsümov

2
(Yenilənib 20:07 16.01.2021)
"Bunun üçün vəsaitlər ayrılıb, proses gedir. Məsələ ilə İqtisadiyyat Nazirliyi məşğul olur" - Prezidentin köməkçisi

BAKI, 16 yanvar — Sputnik. Sahibkarlara dəymiş ziyanın ödənilməsi ilə bağlı tədbirlər planı üzrə proseslər davamlı olaraq həyata keçirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi Məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov deyib ki, müxtəlif sahələr və istiqamətlərdə sahibkarlara yardım nəzərdə tutulub:

"Bunun üçün vəsaitlər ayrılıb, proses gedir. Məsələ ilə İqtisadiyyat Nazirliyi məşğul olur. Ümumilikdə zərərçəkmiş sahələrdə çalışanlara yardım heç vaxt dayandırılmayıb".

2
Həbsxana, arxiv şəkli

Penitensiar xidmətin məhkumun ölümü ilə bağlı açıqlaması: "Tibbi ekspertizanın rəyi var"

5
(Yenilənib 19:58 16.01.2021)
"Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir" - Mehman Sadıqov

BAKI, 16 yanvar - Sputnik. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsində məhkumun döyülərək öldürülməsi və müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı yayılan iddialara münasibət bildirib. 

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov sosial şəbəkələrdə yayılan həmin məlumatların yalan olduğunu deyib: "Röyal adlı həmin məhkum ürək-damar çatışmazlığından vəfat edib. Bununla bağlı məhkəmə-tibbi ekspertizasının rəyi də var. Müəssisədə heç bir əməliyyat keçirilməyib. Telefon danışıqlarına da hər hansı bir qadağa, yaxud məhdudiyyət qoyulmayıb. Bu cür böhtan xarakterli məlumatlar əvvəllər də yayılıb. Bu da məhkumların narahatlığına səbəb olur. Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir”. 

Qeyd edək ki, sosial şəbəkələrdə Röyal adlı məhkumun 13 saylı cəzaçəkmə müəssisəsində döyülərək öldürülməsi və həmin müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı məlumatlar yayılıb. 

5