Məhbus, arxiv şəkli

Vəzifəli şəxs həbs olunub

102
F.Fərmanovun digər cinayət əməllərini törədib-törətməməsi, eləcə də cinayətin digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbiləri davam etdirilir

BAKI, 13 fevral — Sputnik. "Şahsevən Kredit İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olan müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluqdan məlumat verilib. 

Bildirilib ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində MMC-nin idarə heyətinin sədri Fayəddin Fərmanovun rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə vətəndaşların razılığı olmadan onların adına kredit rəsmiləşdirib.

Bununla yanaşı onun Sahibkarlığa Kömək Milli Fondu tərəfindən büdcə vəsaitləri hesabına ayrılaraq ona etibar edilmiş güzəştli kredit resursundan təyinatı üzrə istifadə etməyərək fondun 200.000 (iki yüz min) manat məbləğində pulunu mənimsəməsində şübhəli əsaslar var.

Bu səbəbdən cinayət işi başlanılıb və F.Fərmanova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda F.Fərmanovun digər cinayət əməllərini törədib-törətməməsi, eləcə də cinayətin digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbiləri davam etdirilir.

102
Teqlər:
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, Sahibkarlığa Kömək Milli Fondu, Baş Prokurorluq, vəzifəli şəxs, həbs
Əlaqədar
Rusiyada tanınmış azərbaycanlı biznesmen həbs olundu
Həbs sırası Sarqsyana çatdı
Qonşu ölkədə 1112 nəfər həbs olundu