Bakı bulvarı

Əhaliyə xəbərdarlıq edilir

265
(Yenilənib 14:21 13.02.2019)
Fevralın 14-ü axşamdan 16-sı gündüzədək Azərbaycanın rayonlarında  havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir

BAKI, 13 fevral - Sputnik. Sabaha gözlənilən hava məlumatı açıqlanıb. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında fevralın 14-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. 

Bakı şəhəri
© Sputnik / Murad Orujov

Günün birinci yarısında çiskinli olacağı ehtimalı var. Səhər saatlarında zəif duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperature Abşeron yarımadasında gecə 3-5, gündüz 7-10, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti təşkil edəcək.

ETSN ölkə əhalisinə xəbərdarlıq da edir: 

Fevralın 14-ü axşamdan 16-sı gündüzədək Azərbaycanın rayonlarında  havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

265
Teqlər:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, külək, xəbərdarlıq, qar, hava
Əlaqədar
Vətəndaşlara təhlükəli hava şəraiti xəbərdarlığı
Yeni həftənin ilk gününün hava proqnozu bilindi
Sabaha gözlənilən hava proqnozu
Nazirlikdən hava proqnozu
Yerevanda epdimioloji vəziyyət

Ermənistanda koronavirusa yoluxanların sayı 40 minə yaxınlaşır

0
(Yenilənib 13:29 06.08.2020)
Gürcüstanda isə daha 9 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1206-ya çatıb.

BAKI, 6 avqust — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 39819-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 233 nəfər artıb.

Ermənistanda son gündə daha 2 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 772-yə çatıb. Xəstəlikdən sağalanların sayı 31556 olub. Hazırda bu ölkədə 7263 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 9 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1206-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 18,8 milyonu keçib, 707 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Karantin zamanı nişan mərasimi, arxiv şəkli

Karantin rejimini pozaraq nişan edənlər aşkarlanıb

3
(Yenilənib 13:25 06.08.2020)
Hər birinin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

BAKI, 6 avqust — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində polis əməkdaşları tədbirləri davam etdirirlər.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun məlumatına istinadla xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinə rayonun Təyyarə meydanı adlanan ərazisində yaşayan İ.Əlizadənin xüsusi karantin rejiminin qaydalarını pozaraq gizli şəkildə qızına nişan mərasimi keçirməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları dərhal sözügedən ünvana gəliblər. Məclisin təşkilatçısı və orada iştirak edən 4 nəfər Rayon Polis Şöbəsinə dəvət edilib. Şöbədə və onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Hər birinin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

3