İnəklər üçün sosial şəbəkə yaradıldı

© AFP 2023 / MARIO LAPORTAİnəklər, arxiv şəkli
İnəklər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Heyvanlarını cütləşdirmək istəyən fermerlər sosial şəbəkədən yararlanacaqlar

BAKI, 13 fevral — Sputnik. Onlayn dostluq şəbəkəsi olan "Tinder"ə bənzər sosial şəbəkə yaradılıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, İngiltərədə fermerler tərəfindən yaradılan "Tudder" sosial şəbəkəsi inəklər haqda elanlarların yerləşdirilməsinə imkan verəcək. Bununla da heyvanlarını cütləşdirmək istəyən fermerlər sosial şəbəkədən yararlanacaqlar.

"Daily Mail" dərgisinin məlumatına görə, bu sosial şəbəkədə artıq 42 mindən buğa və inək üçün profil yaradılıb. Bu profillərdə isə heyvan ailəsi, onun nəsilartırma qabiliyyəti və bazar qiyməti, sahibinin əlaqə nömrəsi və digər məlumatlar yer alıb.

Xəbər lenti
0