Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Ərdoğan Azərbaycana yeni hərbi attaşe təyin etdi

64
(Yenilənib 10:41 12.02.2019)
Türkiyə Silahlı Qüvvələri hərbi bölmələrinə də bir sıra komandanlar - general və admirallar təyin edilib

BAKI, 12 fevral — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Azərbaycanda yeni hərbi attaşesini təyin edib.

Sputnik Azərbaycan "Haber7"-yə istinadən xəbər verir ki, bu vəzifəyə Türkiyə Baş Qərargahının İnspeksiya və qiymətləndirmə bölməsinin rəis müavini İsmayıl Hakkı Köseali təyin olunub.

Ərdoğan, eyni zamanda Türkiyə Silahlı Qüvvələri hərbi bölmələrinə də bir sıra komandanlar - general və admirallar təyin edib.

64
Teqlər:
Prezident, Türkiyə, Rəcəb Tayyib Ərdoğan
Əlaqədar
Putin-Ərdoğan-Ruhani görüşündən əvvəl Türkiyəyə kritik səfər
Putin və Ərdoğan nələri müzakirə edəcək - politoloq şərh edir
Ərdoğan və Putin gələn həftə görüşəcək
Ərdoğan kürdlərə xəbərdarlıq etdi: Bizim zonada ola bilməyəcəksiniz