İsmayıllı rayonunda region gəncləri üçün qış düşərgəsi təşkil olunub

© Sputnik / Musa Muradliİsmayıllı rayonunda gənclər üçün qış düşərgəsi təşkil olunub
İsmayıllı rayonunda gənclər üçün qış düşərgəsi təşkil olunub - Sputnik Azərbaycan
Abunə olmaq
Tədbir 8, 9, 10 fevral 2019-cu il tarixində Füzuli, Beyləqan, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi və İsmayıllı rayonundan seçilmiş 21 nəfər iştirakı ilə baş tutub

BAKI, 11 fevral - Sputnik. Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi tərəfindən həyata keçirilən "Region gəncləri üçün qış düşərgəsi" layihəsi çərçivəsində düşərgə həyata keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, İsmayıllı Olimpiya İdman Kompleksində baş tutan, maarifləndirmə və ekskursiya proqramı çərçivəsində təşkil edilən "Region gəncləri üçün qış düşərgəsi”nin əsas məqsədi cəbhəyanı bölgələrdə, ucqar məcburi köçkün qəsəbələrində, kəndlərdə yaşayan yeniyetmə və gəncləri əhatə edib. Onların şəxsi inkişafına, sosiallaşmasına stimul verərək, həyata fərqli baxış və liderlik bacarıqlarını inkişaf etdirmək, ictimai fəallığının və təhsilə marağının artmasını təşviq etməkdən ibarət olub.

© Sputnik / Musa Muradliİsmayıllı rayonunda gənclər üçün qış düşərgəsi təşkil olunub
İsmayıllı rayonunda region gəncləri üçün qış düşərgəsi təşkil olunub - Sputnik Azərbaycan
İsmayıllı rayonunda gənclər üçün qış düşərgəsi təşkil olunub

Tədbir 8, 9, 10 fevral 2019-cu il tarixində Füzuli, Beyləqan, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi və İsmayıllı rayonundan seçilmiş 21 nəfər iştirakı ilə baş tutub. Müxtəlif maarifləndirici sessiyalarda Azərbaycanı tanımaq, bölgənin tarix və maddi-mədəniyyət abidələri, fərdi inkişaf, kommunikasiya və ünsiyyət, gənclərin ictimai fəallığının yüksəldilməsi kimi mövzular ətrafında müzakirələr aparılıb. Həmçinin gənclər üçün yaradılan imkanlardan yararlanmaq haqqında da məlumatlar verilib.

© Sputnik / Musa Muradliİsmayıllı rayonunda gənclər üçün qış düşərgəsi təşkil olunub
İsmayıllı rayonunda region gəncləri üçün qış düşərgəsi təşkil olunub - Sputnik Azərbaycan
İsmayıllı rayonunda gənclər üçün qış düşərgəsi təşkil olunub

Layihənin eksperti Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov olub.

İştirakçılar İsmayıllı rayonunda Heydər Əliyev muzeyinə, tarix-diyarşünaslıq muzeyinə səfər ediblər. İntellektual-əyləncəli müsabiqələr, idman yarışları keçirilib. İvanovka kəndinə və Şahdağ Milli parkının meşə massivinə eko-tur təşkil olunub. Olimpiya idman kompleksinin imkanlarından yararlanmaq fürsəti əldə ediblər, maraqlı fikir mübadilələri aparıblar.

© Sputnik / Musa Muradliİsmayıllı rayonunda gənclər üçün qış düşərgəsi təşkil olunub
İsmayıllı rayonunda region gəncləri üçün qış düşərgəsi təşkil olunub - Sputnik Azərbaycan
İsmayıllı rayonunda gənclər üçün qış düşərgəsi təşkil olunub

Düşərgə zamanı regionun tarixi abidələri haqqında müxtəlif maraqlı faktları öyrənən gənc iştirakçılar həm də bu yerlərdə maraqlı foto və video çəkilişlər həyata keçiriblər. Öyrəndikləri bir sıra maraqlı faktlardan ibarət təqdimatlar hazırlayaraq düşərgəsinin sonunda təqdim ediblər.

Düşərgə iştirakçıları belə maraqlı layihəni dəstəklədiyinə görə Azərbaycan Gənclər Fonduna, uğurlu təşəbbüskarlığa görə isə “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinə öz minnətdarlıqlarını bildiriblər.

Xəbər lenti
0