Мужчина в наручниках, фото из архива

Bakıda piyadanı avtomobillə vuraraq qaçan sürücü tutuldu

136
(Yenilənib 10:30 11.02.2019)
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində S.Vəliyev fevralın 10-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib

BAKI, 11 fevral — Sputnik. Xətai rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. 

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında deyilir.

Məluamata görə, fevralın 9-da paytaxtın Xətai rayonu, Zığ yolu küçəsində 1980-cı il təvəllüdlü Sunay Vəliyevin idarə etdiyi "Mercedes-Benz GLS" markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində S.Vəliyev fevralın 10-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

136
Teqlər:
Xətai rayonu, Bakı şəhər Baş Polis İdarəsi, Zığ şosesi, Zığ yolu, qəza, sürücü, piyada
Əlaqədar
Ağır qəza oldu, ölən və yaralanan var
Bakının əsas prospektlərindən birində zəncirvari qəza baş verib - VİDEO
Bakıda qəza: Qadın özünü avtomobildən atdı – FOTO
Beyləqanda dəhşətli qəza: 3 yaşlı uşaq dünyasını dəyişdi
Rusiya Prezidenti Vladimir Putin

Putin Qarabağ münaqişəsinin bu yerə gəlməsində SSRİ rəhbərliyini günahlandırıb

2
(Yenilənib 18:30 29.10.2020)
Rusiya prezidenti: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ilkin mərhələdə hərbi əməliyyatları dayandırılmalı və danışıqlar masası arxasına oturmaq lazımdır.

BAKI, 29 oktyabr — Sputnik. Dağlıq Qarabağdakı vəziyyət yalnız hər iki tərəfin - Azərbaycan və Ermənistanın maraqlarının balansı tapıldıqda həll edilə bilər.

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "VTB Kapital"ın "Rusiya çağırır!" investisiya forumunun plenar iclasında bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ilkin mərhələdə hərbi əməliyyatları dayandırılmalı və danışıqlar masası arxasına oturmaq lazımdır.

Rusiya prezidenti Qarabağ münaqişəsinin bu həddə gəlib çatmasında SSRİ rəhbərliyini günahlandırıb.

"Münaqişə nə ilə başladı? Etnik toqquşmalarla... Sovet İttifaqının o zamankı rəhbərliyi isə insanların təhlükəsizliyini təmin etmək üçün heç bir həqiqi tədbir görmədi", - deyə Putin bildirib.

2

İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti komendantlıq yaradılıb

3
(Yenilənib 18:24 29.10.2020)
"Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti işğaldan azad olunmuş ərazilərin peyk təsvirlərini, digər geoinformasiya məlumatlarını və müxtəlif məzmunlu təhlilləri müvafiq dövlət orqanlarının (qurumlarının) sorğuları əsasında onlara təqdim etməlidir.

BAKI, 29 oktyabr - Sputnik. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası işğaldan azad olunmuş ərazilərdə, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyətinə ümumi nəzarəti həyata keçirəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” fərman imzalayıb.

Eyni zamanda fərmana əsasən, "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti işğaldan azad olunmuş ərazilərin peyk təsvirlərini, digər geoinformasiya məlumatlarını və müxtəlif məzmunlu təhlilləri müvafiq dövlət orqanlarının (qurumlarının) sorğuları əsasında onlara təqdim etməlidir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanda nəzərdə tutulan tədbirlərin maliyyələşməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

3