Huawei şirkətinin Tailandın paytaxtı Banqkokda rəsmi mağazası

Hərbi alyans bir şirkətə qarşı hərəkətə keçdi

613
(Yenilənib 13:15 09.02.2019)
ABŞ və müttəfiqləri şirkətə qarşı qlobal nəzarət siyasətini həyata keçirməyə başlayıb

BAKI, 9 fevral — Sputnik. NATO Çinin ən böyük transmilli şirkətlərindən olan "Huawei"ə qarşı hərəkətə keçib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, ABŞ və müttəfiqləri şirkətə qarşı qlobal nəzarət siyasətini həyata keçirməyə başlayıb. Bu siyasət çərçivəsində NATO üzvü ölkələr arasında "Huawei"ə qarşı görüləcək tədbirlərə dair müzakirələr başlayıb.

Digər tərəfdən, ABŞ, Böyük Britaniya, Kanada, Yeni Zelandiya və Avstraliya arasında qurulan və "Beş göz" (Five eyes) adlandırılan kəşfiyyat xidməti də Çinin texnologiya nəhəngini hədəf alıb. "Beş göz"ə üzv ölkələrin ən üst səviyyə kəşfiyyat rəsmiləri ötən ilin iyul ayında Kanadada iclas keçirib. İclasda "Huawei"in qlobal böyüməsinin qarşısının alınması və Çin dövləti adına casusluq fəaliyyəti həyata keçirmək şübhəsi ilə nəzarət altına alınması ilə bağlı qərar verildiyi ortaya çıxıb.

"Huawei" şirkətinin 46 yaşlı maliyyə direktoru Men Vançjou dekabrın 1-də Vankuver hava limanında Kanadanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, ABŞ-ın İrana qarşı ticarət sanksiyalarını pozmaqda ittiham olunur və Birləşmiş Ştatların onun bu səbəbdən ekstradisiyasına dair sorğusu əsasında saxlanılıb.

ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumata görə, "Huawei" şirkəti "T-Mobile" şirkətinin kommersiya sirlərini oğurlamağa cəhddə və ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozmaqda ittiham olunur.

 

613