Əsgəran postu, arxiv foto

"Qarabağ münaqişəsi regionda bütün ölkələrə zərər gətirir"

78
(Yenilənib 13:36 08.02.2019)
İran daima qardaş Azərbaycanın ərazi bölüvlüyünü dəstəkləyir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 8 fevral — Sputnik. “Dağlıq Qarabağ münaqişəsi danışıqlar vasitəsilə, dinc yolla həll olunmalıdır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə jurnalistlərə açıqlamasında bildirib. 

"Qarabağ münaqişəsi regionun bütün ölkələrinin mənafeyinə xələl gətirir. Biz regionda münaqişələrin təkrarlanmasına qarşıyıq", - deyə səfir qeyd edib.

O xatırladıb ki, İran özü də münaqişədən əziyyət çəkən ölkə olub və bu anlamda qardaş Azərbaycanın çəkdiklərini yaxşı anlayır: "İran daima qardaş Azərbaycanın ərazi bölüvlüyünü dəstəkləyir".

Cahangirzadə qeyd edib ki, iqtisadiyyat, ticarət və humanitar sahədə Azərbaycan-İran hökumətlərarası komissiyasının iclası bu ilin mart ayında Bakıda baş tutacaq: "Görüş martın ortalarında, təxminən, 12-13 mart tarixlərində baş tutacaq. İclas çərçivəsində Azərbaycan-İran biznes forumunun da keçirilməsi planlaşdırılır".

78
Teqlər:
Azərbaycan, səfir, Qarabağ, İran
Əlaqədar
İran nə üçün Suriyaya yardım edir - Politoloq şərh edir
"Azərbaycan-İran əlaqələri qızıl dövrünü yaşayır"
İran səfirindən Bakıda mühüm anons