Əşrəf Qəni Əhmədzay

Əfqanıstan prezidenti Azərbaycana gəlir

78
(Yenilənib 10:49 08.02.2019)
Tədbirə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları da qatılacaq

BAKI, 8 fevral — Sputnik. Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycana səfəri gözlənilir. Bu barədə Sputnik Azərbaycan-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.

Məlumata görə, dövlət başçısı VII Qlobal Bakı forumunda iştirak edəcək.

Qeyd edək ki, forumda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. VII Qlobal Bakı forumunun mövzusu "Dünyanın yeni xarici siyasəti" olacaq. Tədbirə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları da qatılacaq.

78
Teqlər:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, səfər, Azərbaycan, Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani, prezident, Əfqanıstan
Əlaqədar
Əfqanıstan ABŞ əsgərləri üçün cəhənnəmə çevrilib
Azərbaycan Əfqanıstan - "Taliban" münaqişəsinin həllinə çalışır
İlham Əliyev Əfqanıstan prezidenti ilə görüşüb
Əfqanıstan prezidenti Azərbaycana gəldi