Prezident Administrasiyasına xeyli sayda şikayət daxil olub

© Sputnik / Anar MustafayevYaşayış binasının tikintisi, arxiv şəkli
Yaşayış binasının tikintisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Eyni zamanda, vətəndaşlar "Belıy lebed", "Rahatlığın məkanı", "Burhan", "Altes Park", "AAAF" yaşayış komplekslərində illərdən bəri idarəetmədə mövcud olan problemlərin həll olunmadığından şikayət ediblər

BAKI, 8 fevral — Sputnik. "2018-ci ildə Prezident Administrasiyasına vətəndaşlar 100-dən çox tikinti şirkəti tərəfindən çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalara, həmçinin müqavilə şərtlərinə riayət edilməməsindən, bəzi şirkətlərin mənzilləri 2 və daha artıq şəxsə satmasından, razılığa gəlinmədən, kompensasiyalar verilmədən söküntü işlərinə başlanılmasından, binaların təhlükə törədəcək dərəcədə yaxın məsafədə tikilməsindən şikayət edilib". 

Прокуратура  - Sputnik Azərbaycan
Daha bir tikinti şirkətinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb - RƏSMİ

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun 2018-ci ilin yekunlarına dair məqaləsində qeyd edilib. 

Bildirilib ki, "Hermes-S", "Murad M.S.", "İnteks", "Grand Plaza", "Elite City", "N Turan", "Pearl Construction", "TFM Smart Project", "Fədək", "Sizin mənzil", "NV Construction", "Dönüş-1", "MVVL Verus Praedium", "Azadlıq Residence", "Pilot-1", "FVS İnşaat", "Rahatlığın məkanı", "Poleks", "Park Bayil", "İnşaat Konstruksiyaları", "Draft Construction", "Qlobal-SF", "Malibo", "Avrasiya Construction", "İnkişaf-S", "SKY Residence", "Xəmsə-İnşaat", "Buta Qroup", "Cavid 2016", "Rahat Həyat", "Qismət-M Construction", "Archico" MMC-lər, "Sabah Residence", "Best Construction", "Regal Residence", "Orbita", "Merkuri", "Pilot İnşaat A", "Yeni ev -19", "Məkan", "EDİF", "Mahal", "Teymuroğlu", "Olympus Park", "Bəhrə", "İqtisadçı-2005" və digər MTK-lar barədə şikayətlər daha çox olub.

Eyni zamanda vətəndaşlar "Belıy lebed", "Rahatlığın məkanı", "Burhan", "Altes Park", "AAAF" yaşayış komplekslərində illərdən bəri idarəetmədə mövcud olan problemlərin həll olunmadığından şikayət ediblər.

"İnanırıq ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, eləcə də digər qurumlarda vətəndaşların müraciətlərinə, xüsusilə şikayətlərinə daha çox diqqət yetiriləcək və şikayətlərin sayı getdikcə azalacaq" - deyə qeyd edilib.

Xəbər lenti
0