BAKI, 7 fevral — Sputnik. Azərbaycan Nazirlər Kabinetinin (NK) "Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında" 1993-cü il 27 dekabr tarixli 636 nömrəli və "Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında" 2004-cü il 30 sentyabr tarixli 145 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında" Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 30 nömrəli Qərarının 1.2-ci bəndində "1-7" rəqəmləri "1-4, 6, 7" rəqəmləri ilə əvəz edilib və 5 nömrəli əlavəsi ləğv olunub.
Sputnik Azərbaycan NK-ya istinadla xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev cəmiyyətdə böyük narazılığa səbəb olan bu qərarın ləğv edilməsi ilə bağlı göstəriş verib.
Xatırladaq ki, dəyişikliklərdə yabanı (cır) meyvələrin (alma, armud, zoğal, alça və s.) hər kiloqramına görə 1 manat, peyvənd meyvələr (alma, armud, zoğal, alça və s.) hər kiloqramına görə 2 manat, itburnunun hər kiloqramına görə 2 manat, çaytikanının hər kiloqramına görə 3 manat, digər dərman bitkilərinin hər kiloqramına görə 2 manat, şabalıd və fındığın hər kiloqramına görə 2 manat, qozun hər kiloqramına görə 2 manat, fıstıq toxumunun 1.5 manat, palıdın hər kiloqramına 1 manat, cökənin hər kiloqramına görə 1.5 manat ödəniş nəzərdə tutulurdu.
Bundan başqa, qamış, qarğı, meşə döşənəyi və tökülmüş yarpaqların hər kubmetrinə 50 qəpik ödəniş tətbiq olunacaqdı.
İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 24 yanvar — Sputnik. "Bakı şəhərinin bütün kanalizasiya suları Xəzər dənizinə axıdılır. Bulvarda 2 metr diametrində dəmir-beton boru birbaşa Hövsan qəsbəsinə qədər davam edir. Bakıda, yamaclarda və s. olan kanalizasiya suları dənizə yönəldilir".
Bu barədə Sputnik Azərbaycan-a danışan professor Fərzəli Həsənov qeyd edib ki, həmin sular Hövsanda sovetlər dövründə xüsusi üsulla təmizlənirdi:
"Su 1 litrində 1 qram duz qalana qədər təmizlənirdi. Duz deyiləndə bərk hissəciklər nəzərdə tutulur".
Su təmizlənməyib dənizə buraxıldıqda isə bu, insanların sağlamlığı üçün təhlükəli ola bilər.
Mütəxəssis bildirir ki, bəzən dənizkənarından pis qoxunun gəlməsi də bununla əlaqədardır.
Ekoloq Telman Zeynalovun fikrincə, Bayılda da bəzi ərazilərin kanalizasiya suları dənizə axıdılır. Axşam saatlarında bulvarda müşahidə edilən qoxunun səbəbi də budur:
"2003-cü ildə ölkə başçısının tapşırığı ilə Hövsanda aerasiya stansiyası yaradıldı. Hövsan qəsəbəsinə axan bütün kanalizasiya suları təmizlənərək, dənizə axıdılırdı. Müvafiq sistemə əsasən Bakının kanalizasiya suları Hövsana yönəldilməli, orada isə təmizlənərək, dənizə axıdılmalıdır. Amma bütün kanalizasiya suları təmizlənərək dənizə axıdılırmı? Əsas sual budur".
Kanalizasiya suları ilə bağlı bu və digər suallara cavab tapmaq üçün "Azərsu" ASC–yə müraciət etsək də, suallarımız cavabsız qaldı.
BAKI, 24 yanvar - Sputnik. Bakının Xətai rayonunda "Toyoto" markalı avtomobil yüksək sürətlə 4 avtomobilə çırpılıb.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Nobel prospektində qeydə alınıb.
Ağayev Vüsal Əhməd oğlunun idarə etdiyi "Toyoto" markalı avtomobil əvvəlcə Ruslan Mircəfərovun idarə etdiyi eyni markalı avtomobilə çırpılıb.
V.Ağayevin idarə etməsindən çıxan maşın daha sonra ard-arda "Renault", "Skoda" və "Dodge" markalı nəqliyyat vasitələrinə çırpılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.