SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ruhani: "ABŞ Venesuelanın taleyinə müdaxilə edir"

© REUTERS / Carlo Allegriİran prezidenti Həsən Ruhani
İran prezidenti Həsən Ruhani - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyanın bütün nöqtələrində ABŞ müdaxilələrinin şahidi oluruq

BAKI, 6 fevral — Sputnik. Regional və beynəlxalq problemlər ABŞ-ın müdaxiləsindən qaynaqlanır. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Tehranda Nazirlər Kabinetinin iclasından sonra bildirib. 

Venesuelada etirazlar - Sputnik Azərbaycan
Venesuela prezidenti onun qətlinə fərman verildiyini dilə gətirib

Vaşinqton rəhbərliyinin bir qayda olaraq İran xalqı haqqında yanlış və uyğunsuz tonda danışdığını dilə gətirən Ruhani dünyadakı və bölgədəki problemlərin ABŞ-ın yersiz müdaxilələrindən qaynaqlandığını dilə gətirib.

Birləşmiş Ştatlar və İsrailin dəstəklədiyi terror qruplarının 1979-cu ildə gercəkləşdirilən inqilabın ilk günlərində 17 min iranlını öldürdüyünü bildirən Ruhani İranın terror qurbanı olduğunu və terrora qarşı qərarlı bir mövqe göstərdiyini dilə gətirib: "Amerikalılar bu gün Latın Amerikasına və Venesuelanın taleyinə müdaxilə edirlər. Dünyanın bütün nöqtələrində ABŞ müdaxilələrinin şahidi oluruq. Onların etdikləri nə özlərinə, nə də ABŞ xalqının maraqlarına xidmət edir".

Xatırladaq ki, yanvarın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.

Xəbər lenti
0