Bakıda avtobus, arxiv foto

Avtobuslara da gömrük rüsumu tətbiq edildi

327
(Yenilənib 13:41 06.02.2019)
Bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb

BAKI, 6 fevral — Sputnik. Nazirlər Kabinetinin (NK) 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində" dəyişikliklər edilib. Sputnik Azərbaycan NK-ya istinadla xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. 

Qərara görə, xüsusi olaraq tibbi məqsədlər üçün nəzərdə tutulmuş avtomobillər gömrük rüsumlarından azad edilib, məxsusi olaraq hava limanlarında istifadə üçün, sıxılmış qazla hərəkətə gətirilən avtomobillər üçün mühərrikin 1 sm3 -0,5 ABŞ dolları, sürücü daxil olmaqla 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş avtobuslar üçün mühərrikin həcmi - 1 sm3 1,2 ABŞ dolları məbləğində təsdiq edilib.

Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, qərara edilən dəyişikliklərdə avtobuslar və digər iri tutumlu nəqliyyat vasitələri üçün rüsumlar müəyyənləşdirilib: "Həmin rüsumlar əvvəllər olmayıb, bu ildən tətbiq ediləcək. Düzdür, bu, müəyyən narazılıqların yaranmasına səbəb oldu. Çünki Azərbaycanda avtobus, təcili yardım, aeraportlarda istifadə edilmək üçün nəqliyyat vasitəsi istehsalı yoxdur. Buna baxmayaraq, indi həmin nəqliyyat vasitələri üçün müəyyən rüsumlar tətbiq edilir".

"Bu da sahibkarlıq fəaliyyəti və ictimai nəqliyyat sektoruna öz təsirini göstərək. Neçə illərdir deyilir ki, köhnə avtobuslar yenilənsin. İnsanlar yeni həvəsə düşmüşdü ki, təzə avtobuslar gətirib, vətəndaşlara xidmət edə bilsinlər. Rüsumlar qaldırıldığı üçün bu proses ləng gedəcək" - deyə o qeyd edib.

327
Teqlər:
Elməddin Muradlı, Baş nazir, Novruz Məmmədov, Nazirlər Kabineti, avtobus, gömrük rüsumu, rüsum, gömrük
Əlaqədar
Dükanımın divarındakı tanıdım lövhəsinə görə rüsum ödəməliyəm?
İkinci çörəyə tətbiq edilən rüsum kimləri ac qoyacaq...
Şəxsiyyət vəsiqəsinə görə yeni rüsum tətbiq edilir
Avtomobil yanacağı ilə bağlı yeni rüsum kimlərə və necə təsir edəcək?

Bayraqlarla küçələrdə: Bakıda Kəlbəcərin qaytarılmasını qeyd etdilər

0
Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən işğal edilmişdi.

Bakıda Kəlbəcər rayonunun erməni işğalından azad olunması münasibətilə avtoyürüş keçirilib. Azərbaycan, Türkiyə və Rusiya bayraqları ilə bəzədilmiş maşınlar şəhərin mərkəzi küçələri ilə hərəkət ediblər.

Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən noyabrın 10-da  imzalanan razılaşmaya uyğun olaraq, Azərbaycan ordusunun bölmələri 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Bu hadisə ilə əlaqədar Bakıda avtomobil yürüşü təşkil edilib. Azərbaycan, Türkiyə və Rusiya bayraqları ilə bəzədilmiş avtomobillər Heydər Əliyev Mərkəzindən başlayaraq Bakının mərkəzi küçələri ilə Şəhidlər Xiyabanına doğru hərəkət ediblər.

Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən işğal edilmişdi.

0
  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 3469 nəfər COVID-19-a yoluxub

8
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb. 

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3469 yeni yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 102 396 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 66 963 nəfər müalicə olunaraq sağalıb, 1 224 nəfər vəfat edib, aktiv xəstə sayı 34 209 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb. 

8
Teqlər:
Azərbaycan, test, Koronavirus, COVID-19, yoluxma