İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev yeni icra başçısı təyin edib

8127
(Yenilənib 14:28 05.02.2019)
Dövlət başçısı boş qalan vəzifəyə təyinat həyata keçirib

BAKI, 5 fevral — Sputnik. Prezident İlham Əliyev paytaxt rayonlarından birinə yeni icra başçısı təyin edib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bununla əlaqədar imzalanan sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Elşən Rövşən oğlu Salahov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin".

Xatırladaq ki, prezident ötən ilin sonunda Gülağa Bayram oğlu İslamovu Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

8127
Teqlər:
Xəzər rayonu, icra başçısı, İlham Əliyev, sərəncam, prezident
Əlaqədar
Nazir yeni polis rəislərini təyin etdi
Bakı Nəqliyyat Agentliyində yeni təyinat
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat
Naxçıvanda mühüm vəzifələrə təyinat olub