Dənizkənarı bulvar

Fevralın 6-na gözlədiyimiz xəbər

347
(Yenilənib 13:13 05.02.2019)
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək

BAKI, 5 fevral - Sputnik. Sabaha gözlənilən hava haqqında məlumat açıqlanıb. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında fevralın 6-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 7-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 768 mm civə sütununa enəcək,  nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sabah hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə duman, Lənkəran-Astara zonasında isə çiskinli yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

347
Teqlər:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, hava
Əlaqədar
Əhaliyə hava ilə bağlı xəbərdarlıq olunur
Bazar günü üçün proqnoz açıqlandı - Hava dəyişəcək
Həftənin ilk iş gününün hava proqnozu açıqlandı
Gözlənilən hava şəraitindən xəbərdar olun

Rusiyalı sülhməramlılar Laçın dəhlizində təhlükəsizliyə necə nəzarət edirlər video

2
(Yenilənib 15:04 26.11.2020)
Rusiyalı sülhməramlıların Laçın dəhlizi ilə nəqliyyat hərəkətinin təhlükəsizliyini necə təmin etdiyini videoda izləyin.

Dağlıq Qarabağda Rusiya sülhməramlıları üçtərəfli sülh razılığı və atəşkəs rejiminin təmin edilməsinə nəzarət edir. 

Hərbçilər təmas xəttində yerləşən 23 müşahidə məntəqəsindən vəziyyəti gecə-gündüz müşahidə edir. Sülhməramlılar həm də Laçın dəhlizi boyunca hərəkətin təhlükəsizliyini təmin edirlər.

Kəlbəcərə ilk daxil olan Azərbaycan hərbçiləri - FOTOLAR>>

İstehkamçılar hərbi əməliyyatlardan zərər çəkən əraziləri minalardan təmizləyirlər. Mühəndis bölmələri yolları təmizləyir, bölgədə nəqliyyat hərəkətinin tənzimlənməsinə yardım edir, habelə yaşayış məntəqələrinin su, enerji və istilik tədarükünü bərpa edir.

2
Ermənistan parlamenti

Ermənistan parlamentində dava düşdü, qadın kişi deputatlar bir-birinə qarışdı - VİDEO

14
(Yenilənib 20:04 26.11.2020)
"Çiçəklənən Ermənistan" Partiyasının deputatı Naira Zohrabyan: "Paşinyan Azərbaycanda cizgi filmlərinin qəhrəmanına çevrilib".

BAKI, 26 noyabr - Sputnik. Ermənistan parlamentinin bugünkü iclasında dava düşüb.

Sputnik Ermənistan-ın məlumatına görə, hadisə “Mənim addımım” fraksiyasının deputatı Amazasp Danielyanın çıxışı zamanı olub.

Danielyan “Çiçəklənən Ermənistan” Partiyasının deputatı Mikael Melkumyanın “nəvələrimizə müharibədə məğlub olduğumuzu necə başa salaq?” sualına kobud cavab verib.

Son nöqtə "Çiçəklənən Ermənistan"ın deputatı Naira Zohrabyana ünvanlanan irad olub. Zohrabyan Paşinyanın Azərbaycanda cizgi filmlərinin qəhrəmanı olduğunu söylədikdə, Danielyan ona irad tutub: "Siz də Azərbaycanda superulduzsunuz."

Bundan sonra zalda gərginlik yaranıb, deputatlar bir-birinin üstünə gedib. Zala mühafizəçilərin çağırılması ilə gərginlik aradan qalxıb.

 

14
Teqlər:
Azərbaycan, Ermənistanın baş naziri Nikol Paşinyan, baş nazir Nikol Paşinyan, Nikol Paşinyan, Ermənistan