Müqavilə imzalayan adam, arxiv şəkli

Dövlət Komitəsi: Azərbaycanda buna heç 1 faiz önəm verilmir...

62
(Yenilənib 16:51 04.02.2019)
İnkişaf etmiş ölkələrdə nikahların 20-25 faizində nikah müqaviləsi bağlanır

BAKI, 4 fevral — Sputnik. "Baxmayaraq ki, biz nikah müqaviləsinin müsbət cəhətlərindən danışırıq, onu təbliğ etməyə çalışırıq, ailə qurulan zaman nikah müqaviləsinin yaxşı təsirlərini dəfələrlə qeyd edirik, Azərbaycanda nikah bağlanan zaman müqavilə bağlayanaların sayı çox azdır".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məlumat verib.

O qeyd edib ki, nikah müqaviləsi boşanma üçün deyil, ailənin təməlinin daha möhkəm olması üçündür: "Qanunvericilikdə nikah müqaviləsinin 3 formada tənzimlənməsi nəzərdə tutulub. Müqavilə ancaq razılıq əsasında hazırlana bilər. Nikah müqaviləsi ona görə bağlanır ki, məhkəmə prosesləri illərlə uzanmasın. Xarici dövlətlərdə nikah müqaviləsində uşaqlarla münasibətin tənzimlənməsi də qeyd olunur. Biz də Azərbaycanda nikah müqaviləsinin bağlanmasını məsləhət görürük. Ancaq ən acınacaqlısı odur ki, müqaviləsi olan nikahlar ümumi nikahların heç 1 faizini də təşkil etmir. İl ərzində bağlanan müqavilələrin sayı 100-ü keçmir".

"İnkişaf etmiş ölkələrdə nikahların 20-25 faizində nikah müqaviləsi bağlanır. Azərbaycanda isə bu, cəmiyyət tərəfindən qəbul edilmir", - deyə Səfərov bildirib.

62