Adnan Oktarın həbsi, 11 iyul 2018-ci il

Adnan Oktarın "həyat yoldaşı" danışdı

60
(Yenilənib 16:40 04.02.2019)
"18 yaşıma qədər mənə əl ilə təcavüz etdi. Daha sonralar isə razılığım olmadan mənimlə birlikdə oldu"

BAKI, 4 fevral — Sputnik. Adnan Oktarın təşkilatında 7 il qaldıqdan sonra xaricə qaçan S. İ. zərərçəkmiş olaraq istintaqa ifadə verib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, S.İ. ifadəsində 16 yaşında Adnan Oktarla imam nikahı ilə evləndirildiyini bildirib. 18 yaşında isə başqa biri ilə rəsmi nikaha daxil olmağa məcbur edilib. S.İ. daha sonra boşanaraq yenidən Adnan Oktarla evləndirildiyini deyib. 

"18 yaşıma qədər mənə əli ilə təcavüz etdi. Daha sonralar isə razılığım olmadan mənimlə birlikdə oldu" - deyən S. İ. bildirib ki, Oktarın təşkilatına 1987-ci ildə daxil edilib.

"Liseydə təhsil aldığım zaman mən və 3 rəfiqəm Cenk adlı biri tərəfindən təşkilatla tanış edildik. Sonradan 1988-ci ildə Oktar mənimlə evlənmək istədiyini dedi. Mən də qəbul etdim. Adnan Oktar hərdən məndən məktəbli kimi, hərdən isə rəqqasə kimi geyinməyimi istəyirdi. Oktarla evliliyim 1994-cü ilə qədər davam etdi. 1990-ci ilə qədər Oktar bir çox qadınla dini nikahla evləndirilmişdi. Qadınlar hamilə qaldıqlarına görə təşkilatın digər üzvləri ilə rəsmi nikaha daxil edilirdilər. Uşaqlar doğulduqdan sonra isə boşanırdılar. Sonradan uşaqlar harasa göndərilirdi. Bu yolla 7-8 uşaq doğulmuşdu" - deyən qadın 1994-cü ildə xaricə qaçdığını bildirib.

60