Dövlət Komitəsi Bərdədə atılmış uşaqlarla bağlı hərəkətə keçdi

© Flickr / Laurie HallAtılmış körpə, arxiv şəkli
Atılmış körpə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Onun sözlərinə görə, hazırda araşdırmalar aparılır ki, niyə uşaqlar təkbaşına saxlanılıb, niyə valideynlər öz məsuliyyətlərini yerinə yetirməyiblər

BAKI, 4 fevral — Sputnik. "Bərdə rayonunda iki uşağın atılması ilə bağlı iş icraata götürülüb. Bu işlə bağlı artıq bir neçə şöbə işə başlayıb. Bilirsiniz ki, bizim rayonlarda yerli icra hakimiyyəti orqanlarının nəzdində monitorinq qruplarımız var. Gözləyirik ki, bu məsələ ilə bağlı bizə rəsmi məlumatlar təqdim edilsin. Məsələ yeni qeydiyyata alınıb". 

Bərdə rayonu ərazisindən keçən magistral yolda qoyulmuş işıqfor - Sputnik Azərbaycan
Valideynləri tərəfindən atılan körpələrdən xəbər var

Bu barədə Sputnik Azərbaycan-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məlumat verib.

Onun sözlərinə görə, hazırda araşdırmalar aparılır ki, niyə uşaqlar təkbaşına saxlanılıb, niyə valideynlər öz məsuliyyətlərini yerinə yetirməyiblər.

Hazırda bu məsələlər araşdırılır: "Sonradan məhkəmə tərəfindən 3 qərar verilə bilər. Bura valideyn hüququnun ləğv edilməsi, icra hakimiyyətinin qərarı əsasında hüquqların məhdudlaşdırılması və ya cərimələrin tətbiq edilməsi daxil ola bilər. Hələ ki, biz cavab gözləyirik".

Xəbər lenti
0