Gürcüstan parlamentinin binası, arxiv şəkli

Azərbaycanlılar Gürcüstanda ayağa qalxdı Etiraz aksiyası olacaq

5497
(Yenilənib 12:20 02.02.2019)
Etiraz aksiyası fevralın 5-i saat 12-də Gürcüstan parlamentinin qarşısında olacaq

BAKI, 2 fevral — Sputnik. Gürcüstanın Axalkalaki şəhərində erməni terrorçu Mixail Avaqyana abidə ucaldılmasına qəzəblənən bu ölkədəki azərbaycanlılar kütləvi etiraz aksiyasına hazırlaşırlar.

Sputnik Azərbaycan “Report”a  istinadla xəbər verir ki, etiraz aksiyası fevralın 5-i saat 12-də Gürcüstan parlamentinin qarşısında olacaq.

Etiraz aksiyasının keçirilməsi artıq razılaşdırılıb. Azərbaycanlıların aksiyaya kütləvi şəkildə qoşulacağı bildirilir.

Qeyd edilir ki, erməni terrorçuya abidə ucaldılması azərbaycanlılara qarşı ciddi hörmətsizlikdir, mənəvi sarsıntıdır və Gürcüstandakı azərbaycanlılar abidənin oradan götürülməsini tələb edəcəklər.

5497