Steyk üçün ət, arxiv şəkli

Rusiyadan heyvan heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulub

28
(Yenilənib 21:00 01.02.2019)
Rusiya Federasiyasının Krasnodar diyarının ərazisindən diri quş və quşçuluq məhsullarının, Xabarovsk diyarından isə heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb

 

BAKI, 2 fevral — Sputnik. Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib.

Qida Təhlükəsizlik Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, xəbərdarlıqda deyilir: "Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Krasnodar diyarının ərazisində Nyukasl xəstəliyi və Xabarovsk diyarının ərazisində dabaq xəstəliyinin yayılması müəyyən edilib.

Bununla əlaqədar olaraq, Rusiya Federasiyasının Krasnodar diyarının ərazisindən diri quş və quşçuluq məhsullarının, Xabarovsk diyarından isə heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Rusiya Federasiyasının Krasnodar və Xabarovsk diyarlarından birbaşa və ya qeyd edilən ərazilərdən tranzit olaraq keçməklə respublikaya gələn nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub".

28