Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Məşhur futbolçu PSG-nin təklifini rədd etdi

CC0 / Ronny K / FootballParis Saint Germain
Paris Saint Germain - Sputnik Azərbaycan
Abunə olmaq
Məsutun "Arsenal" ilə müqaviləsi 2021-ci ilin iyunun 30-a qədər qüvvədədir

BAKI, 2 fevral — Sputnik. İngiltərə Premyer Liqasında "Arsenal"da forma geyən türk əsilli almaniyalı oyunçu Məsut Özil "Paris Saint Germain"-in (PSG) təklifini rədd edib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, PSG Neymarın zədələnməsindən sonra Məsut Özilə təklif edib. Ancaq təcrübəli futbolçu bu təklifi rədd edib.

Xatırladaq ki, bir müddət əvvəl "Arsenal"ın baş məşqçisi Unay Emeri Məsut Özilin klubdan ayrılacağını düşünmədiyini demişdi. Məsutun "Arsenal" ilə müqaviləsi 2021-ci ilin iyunun 30-a qədər qüvvədədir.

 

Xəbər lenti
0