Milli Məclis

Parlamentin İntizam komissiyasının yeni tərkibi təsdiqlənib

26
(Yenilənib 13:34 01.02.2019)
İntizam komissiyasının üzvlərinin sayı 7-dən 11-ə artırılıb

BAKI, 1 fevral - Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İntizam Komissiyasının yenidən təşkil edilməsi məsələsinə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, komissiyanın tərkibinə Ağacan Abıyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa ilə yanaşı, yeni üzvlər - Malik Həsənov, Sevinc Hüseynova, Hikmət Məmmədov, Pərvin Kazımzadə, Fəzail İbrahimli də daxil edilib.

Yeni tərkib plenar iclasda təsdiq edilib.

Xatırladaq ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, İntizam Komissiyasının üzvlərinin sayı 7-dən 11-ə artırılıb.

26
Teqlər:
tərkib, İntizam Komissiyası, plenar iclas, Milli Məclis
Əlaqədar
Ombudsman Milli Məclisdə mühüm məsələ qaldırıb: Təcili qanun qəbul olunmalıdır
Gözlənilən qanun layihəsi Milli Məclisin komitəsində müzakirə çıxarılacaq
Milli Məclis ilk plenar iclasına start verib