Əhaliyə hava ilə bağlı xəbərdarlıq olunur

© Sputnik / Maks Vetrov / Mediabanka keçidKülək, arxiv şəkli
Külək, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ayrı-ayrı yerlərdə intensiv olacağı, qar yağacağı ehtimalı var

BAKI, 1 fevral - Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə hava ilə bağlı xəbərdarlıq edir. Sputnik Azərbaycan bu barədə qurumun rəsmi saytına istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, Bakıda və Abşeron yarımadasında fevralın 2-də gündüz, 3-də şimal-qərb küləyinin 15-18 m/s olacağı, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın bəzi rayonlarında isə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Xəbər lenti
0