Milli Məclisin binası

Milli Məclis ilk plenar iclasına start verib

15
(Yenilənib 12:34 01.02.2019)
İclasın gündəliyinə 38 məsələ daxil edilib

BAKI, 1 fevral — Sputnik. Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 38 məsələ daxil edilib.

Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi, parlament komitələrinin sədr müavinlərinin seçilməsi məsələsinə baxılacaq, 2019-cu il yaz sessiyasının qanunvericilik işləri planı təsdiq ediləcək. 

"Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə qaydaları haqqında", "Azərbaycan Respublikası Hökuməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında yerləşmə ölkəsi haqqında", "Türk Akademiyasının maliyyə qaydaları haqqında" Sazişlərin təsdiq edilməsi məsələsinə baxılacaq.

"Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1358-VQD nömrəli Qanununda, "Dövlət borcu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1359-VQD nömrəli Qanununda dəyişikliklərə baxılacaq.

"Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "İnzibati icraat haqqında", "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında", "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında", "İşsizlikdən sığorta haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Məşğulluq haqqında", "Dövlət rüsumu haqqında", "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında", "Patent haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.

"Hərbi vəzifə və hərbi xidmət haqqında", "Qiymətli kağızlar bazarı haqqında" qanunlarda, Ailə, Mənzil, Ticarət Gəmiçiliyi, Şəhərsalma və Tikinti, İnzibati Xətalar, Əmək, Cəzaların İcrası, Seçki məcəllələrində dəyişikliklərə baxılacaq.

"Patent haqqında", "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında", "İxrac nəzarəti haqqında", "Reklam haqqında", "Kitabxana işi haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Nəşriyyat işi haqqında", "Milli arxiv fondu haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.

"Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında", "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "Sosial sığorta haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Sosial müavinətlər haqqında" və "Əmək pensiyaları haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.

15
Teqlər:
qanun, məsələ, gündəlik, plenar iclas, Milli Məclis
Əlaqədar
Milli Məclisin payız sessiyası başa çatdı
Milli Məclisdə ictimai dinləmələr keçiriləcək
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə üç işçi qrupuna rəhbərlər seçilib

Ekspert: “Bu səbəblərə görə gənclərimiz Türkiyədə təhsilə üstünlük verir”

2
(Yenilənib 22:53 26.02.2021)
Təhsil eksperti İlqar Orucov deyir ki, gənclərimiz iqtisadiyyat, tibb, turizm və İT ixtisaslarında təhsil almaq üçün Türkiyə universitetlərini seçirlər
İlqar Orucov: “Distant təhsil alanların diplomlarının tanınması ilə bağlı qanuna bənd əlavə edilib”

Azərbaycanın təhsil naziri Emin Əmrullayev Türkiyədə 23 min civarında azərbaycanlı tələbənin təhsil aldığını bildirib. Nazirin sözlərinə görə, azərbaycanlı tələbələrin təhsil aldığı xarici ölkələr arasında Türkiyə ilk yerdədir.

Bəs azərbaycanlı tələbələr nə üçün Türkiyədə oxumağa üstünlük verir?

Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan təhsil eksperti İlqar Orucov deyir ki, azərbaycanlı tələbələrin Türkiyədə təhsil almağa üstünlük verməsinin bir neçə səbəbi var:

“İlk olaraq qeyd edim ki, Türkiyə ilə qonşuluq, mədəni yaxınlıq təhsil üçün bu ölkəni seçmək üçün əsas səbəblərdir. Türkiyədə təhsilin səviyyəsi xeyli yüksəlib. Gənclərimiz iqtisadiyyat, tibb, turizm və İT ixtisaslarında təhsil almaq üçün Türkiyə universitetlərini seçirlər. Bildirmək istərdim ki, Türkiyə universitetlərinin diplomalarının ölkəmizdə tanınmasında hər hansı problem yoxdur. Sadəcə son illər distant təhsil diplomlarının tanınması məsələsində bəzi problemlər ortaya çıxıb. Distant təhsil alanların diplomlarının tanınması ilə bağlı qanuna bənd əlavə edilib. Ümid edirəm ki, həmin qanun qəbul edildikdən sonra tək Türkiyədə deyil, digər ölkələrdə təhsil alanların problemləri aradan qalxacaq”. 

İlqar Orucovungeniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

2
Kinolent, arxiv şəkli

Azərbaycanlı yazıçı: "Hazırda müharibə ilə bağlı yazılan əsərlərdə yersiz pafos var"

8
(Yenilənib 09:39 27.02.2021)
Sevda Sultanova: "Bu faciə Azərbaycan tarixinin ən dəhşətli faciəsidir. Bunu yazmaq, ekranlaşdırmaq böyük psixoloji hazırlıq tələb edir".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 27 fevral — Sputnik. Azərbaycan tarixinin qanlı gecəsindən 29 il keçir. Bəs bu gecə Azərbaycan ədəbiyyatında və incəsənətində necə əks olunub? Biz də elə bu sualla bir sıra ədəbiyyat və incəsənət adamlarına müraciət etdik. Bəstəkar, professor Firəngiz Əlizadə mövzu ilə bağlı fikirlərini Sputnik Azərbaycan-la bölüşüb: "Xocalı soyqırımını əks etdirən əsərlər yazılıb. Bəstəkar Məmməd Quliyevin "Xocalı harayı" kantatası var ki, dəfələrlə Heydər Əliyev sarayında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən səsləndirilib. Bundan başqa, Türkiyədə yaşayan Yusif Mirişli "Xocalı 613" simfonik əsərini yazıb. Bu əsər də dəfələrlə mötəbər tədbirlərdə səsləndirilib. Bu mövzuda mahnılar da yazılıb. Azad Zahid, Vüqar Camalzadə, Pikə Axundova, İlahə İsrafilova Xocalı mövzusunda mahnılar yazıblar. Mənim də "İntizar" adlı operamda Xocalı faciəsinin motivləri var. Həmin operada ümumən Azərbaycan xalqının faciəsi yer alıb".

Kinoşünas Sevda Sultanova isə düşünür ki, Xocalı faciəsi yetərincə təsvir olunmayıb: "Qarabağ müharibəsi başlayandan istər sənədli, istərsə də bədii filmlər çəkilib. Xocalı soyqırımı ilə bağlı sənədli filmlərimiz var. Rejissor Elşən Zeynalovun çəkdiyi, Leyla Əliyevanın təşəbbüsü ilə litvalı rejissor Andreas Brokasın "Sonsuz dəhliz" (ing. Endless Corridor) filmi xaricdə də mükafatlara layiq görülüb. "Xocalıya ədalət" kampaniyası çərçivəsində çəkilmiş sənədli filmlər yaxşıdır. Amma bədii filmlər demək olar ki, çəkilməyib. Oruc Qurbanovun çəkdiyi "Haray" filmi, Orxan Qasımovun "Biz qayıdacağıq" filmi var. Amma bu filmlər bədii-estetik, ssenari baxımından zəif filmlərdir. Epizodik olaraq "Fəryad" filmində də keçir".

"Burada psixoloji və mənəvi məsələ də var. Bu faciə Azərbaycan tarixinin ən dəhşətli faciəsidir. Bunu yazmaq, ekranlaşdırmaq böyük psixoloji hazırlıq tələb edir. Bu yaxınlarda bir araşdırma etmişdim. Müasir kinoda müharibə film modelləri necədir? Məlum oldu ki, II Dünya müharibəsindən sonra ən böyük soyqırım hesab olunan Srebrenitsa qətliamı haqqında film yoxdur. Heç bosniyalıların özləri də çəkməyiblər. Halbuki Bosniyanın rejissorları nüfuzlu festivalda yer tutublar. 2020-ci ildə Jasmila Jbanic həmin hadisə ilə bağlı bir bədii film çəkib. Müsahibələrin birində deyir ki, "nəhayət ki, biz bu filmi çəkə bildik". Yəni, onlar özləri də bir növ həmin hadisəni çəkməyə bir növ hazır deyildilər.

Dediyim odur ki, Xocalı faciəsini çəkməyə mənəvi güc lazımdır. Artıq biz qalibik, ona görə də Mədəniyyət Nazirliyi, kinematoqrafiya şöbəsi artıq bu barədə düşünməlidir. Hətta müsabiqə də elan etmək olar. Elə bir film çəkilməlidir ki, bu dünyanın istənilən ölkəsində yaşayan insana təsir edə bilsin" - Sultanova bildirir.

Yazıçı Pərviz Seyidlinin fikrincə, Xocalı soyqırımı ədəbiyyatımızda yetərincə işıqlandırılmayıb: "Ədəbiyyatımızda düşməni ancaq eybəcər, çirkin, qəddar göstərməklə bizi qaldırmaq olmaz. Çox az sayda əsərlər var ki, həmin hadisəni düzgün çatdıra biliblər. Bu vaxta qədər yazılanlar məğlubluq prizmasından yazılırdı. Bu vaxta qədər nə yazılıbsa, finalı açıq qalıb. Hazırda müharibə ilə bağlı yazılan əsərlərdə yersiz pafos var. Düşməni aşağılamaq peşəkarlığa xas olan cəhət deyil. Düşməni situasiyanın içində düşmən kimi göstərməliyik. Mən bu hadisə ilə bağlı bir neçə tamaşalar hazırlamışam. Bütövlükdə drammaturgiyada boşluqlar olduğuna görə, təkcə bu mövzu yox, digər mövzular da işlənilməyib. Hazırda İlqar Fəhmi ilə müştərək pyesimizin üzərində işləyirik. Biz həmin tamaşanı Heydər Əliyev adına Müasir Təhsil Kompleksində qururuq. Amma bu tamaşa geniş kütlə üçün hazırlanmış tamaşa deyil".

8
Teqlər:
film, əsər, Xocalı soyqırımı, yazıçı