Hindistanda donuz qripi ilə mübarizə, arxiv şəkli

Azərbaycanda "donuz qripi"nə yoluxanların sayı açıqlandı

447
(Yenilənib 10:48 01.02.2019)
"Müraciət edənlərin hələ ki, 16-sında H1N1 virusu aşkarlanıb"

BAKI, 1 fevral - Sputnik. "Azərbaycanda 16 nəfər H1N1 virusuna yoluxub". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı ilə qrip epidemiyası barəsində keçirilən tədbirdə bildirilib.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ofisinin rəhbəri Hande Harmancı ölkəmizdə H1N1 virusu ilə bağlı son durumu açıqlayıb: "Müraciət edənlərin hələ ki, 16-sında H1N1 virusu aşkarlanıb. Onlar ev şəraitində müalicə olunublar və artıq sağalıblar. Bu sayın daha çox ola biləcəyi barədə isə hələ ki, dəqiq məlumat yoxdur".  

Hande Harmancı H1N1 virusu ilə bağlı peyvənddən də danışıb: "Peyvəndlər hər il dəyişilir. Peyvəndləmə prosesi 6 ay davam edir. Bu peyvəndlər bütün ölkələrdə satılır. Lakin qeyd edim ki, bu peyvəndlərin qoruyuculuq effekti 60 faizdir. Hamilələr, 5 yaşdan kiçik uşaqlar xüsusi risk qrupundadır. Xüsusən də onların peyvəndlənməsinə ehtiyac var. Hər ilin 9-10-cu ayında peyvəndlənməyə ehtiyac var".

O, bu xəstəlikdən qorunmağın yollarından da danışıb: "Bunun üçün gigiyenik normalara əməl etmək, əli üzə bulaşdırmamaq lazımdır".

"Əslində, 16 nəfərdə bu virusun aşkarlanması panika yaratmamalıdır, sizi sevindirməlidir. Ona görə ki, Səhiyyə Nazirliyi bu xəstəliyi nəzarətdə saxlayır, onu izləyir".

Baş epidemioloq İbadulla Ağayev isə bir müddət öncə "donuz qripi"ndən öldüyü iddia edilən idmançı haqqında danışıb: "Bilirsiniz ki, idmançılar risk qrupundadırlar. Həmin idmançının H1N1 virusundan deyil, ağciyərin arteriyal tromboembariyasından dünyasını dəyişdiyi müəyyən olunub".

447
Teqlər:
virus, Ümumdünya Səhiyyə Təşkilatı, donuz qripi
Bakı Olimpiya Stadionu, arxiv şəkli

Britaniya hakimiyyəti Uels azarkeşlərinə: AVRO-2020-nin Bakı Roma oyunlarına getməyin

7
(Yenilənib 12:40 18.05.2021)
Böyük Britaniya Xarici İşlər Nazirliyi Azərbaycanı COVID-19-a yoluxma riskinin yüksək olması səbəbindən səfər edilməsi tövsiyə olunmayan ölkələrin siyahısına salıb.

BAKI, 18 may — Sputnik. Böyük Britaniyanın hakimiyyət dairələri Uels komandasının azarkeşlərinə Bakıda və Romada keçiriləcək Avropa çempionatı oyunlarına getməməyi tövsiyə edib. Bu barədə Uels Futbol Assosiasiyasının (FAW) rəsmi saytında məlumat yerləşdirilib.

AVRO-2020-də A qrupunda oynayan Uels millisi 12 və 16 iyun tarixlərində Azərbaycanın paytaxtında İsveçrə və Türkiyə, iyunun 20-də isə Romada İtaliya millisinə qarşı mübarizə aparacaq.

Xəbər verildiyi kimi, Böyük Britaniya Xarici İşlər Nazirliyi koronavirus pandemiyası ilə əlaqədar səfər edilməsi tövsiyə olunan və olunmayan ölkələrin reytinq cədvəlini tərtib edib. Azərbaycan və İtaliya koronavirusa yoluxma riski böyük olan ölkələrin siyahısına salınıb.

Sözügedən qərarlar tövsiyə xarakteri daşısa da, FAW azarkeşlərdən AVRO-2020 oyunlarını izləməyə getməkdən çəkinməyə çağırıb.

Xatırdaq ki, Bakı aprel ayında digər ölkələrdən gələn azarkeşləri qəbul etməyə hazır olduğunu təsdiqləyən AVRO-2020-nin azsaylı ev sahibi şəhərləri sırasında yer almışdı. Bakı ilə yanaşı, Sankt-Peterburq və Budapeşt də xarici azarkeşləri qəbul etməyə hazır olduğunu bildirmişdi.

 

7
Azərbaycan Ordusunda xüsusi təyinatlıların təlimləri, arxiv şəkli

Antiterror əməliyyatına hazır olun - General-leytenant orduya tapşırıqlar verdi

25
(Yenilənib 12:47 18.05.2021)
Təlimlərdə antiterror əməliyyatları ilə bağlı qərar, qoşunların döyüş tapşırıqları və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili dəqiqləşdirilib.

BAKI, 18 may — Sputnik. Azərbaycan Ordusunun təlimləri davam edir. Növbəti mərhələdə müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi barədə maket üzərində məruzələrini dinləyib. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilir.

Qeyd olunur ki, təlimlərdə antiterror əməliyyatları ilə bağlı qərar, qoşunların döyüş tapşırıqları və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili dəqiqləşdirilib.

"Məruzələr dinlənildikdən sonra ehtiyatların və mərkəzi tabelikdə olan qoşunların antiterror əməliyyatına bilavasitə hazırlığı, yenidən qruplaşmanın keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib", - deyə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.
© AR Ministry of Defence
Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev təlimlərin gedişi barədə maket üzərində məruzələri dinləyir

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən mayın 16-da Azərbaycan Ordusunda qoşun növlərinin cəlb edilməsi ilə təlimlər keçirilir.

Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 15000 nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan və tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib.

Mayın 20-dək davam edəcək təlimlərdə qoşunlar eyni zamanda qanunsuz silahlı qruplaşmaların təxribatlarının qarşısının alınması və əks fəaliyyətlə terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları da icra edəcək.

25