Məhbus, arxiv şəkli

Ermənistanda siyasi məhbusun ölümü ilə bağlı bəyanat yayıldı

61
(Yenilənib 21:22 31.01.2019)
Bəyənatda qeyd olunur ki, Ermənistanın siyasi məhbusu açlıq aksiyasından dünyasını dəyişib

BAKI, 31 yanvar — Sputnik. Beynəlxalq İnsan Haqlarının Müdafiəsi Komitəsinin Azərbaycan nümayəndəliyi və İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi Ermənistanda siyasi məhbusun ölümü ilə bağlı bəyanat yayıb. Bəyanat Sputnik Azərbaycan-a da göndərilib.

Bəyənatda qeyd olunur ki, Ermənistanın siyasi məhbusu açlıq aksiyasından dünyasını dəyişib. Ermənistanda insan haqlarının pozulması davam edir.

"Özünü demoktarik dövlət adlandıran Ermənistan, əslində beynəlxalq qanunlara məhəl qoymayan, insan haqlarının pozulduğu bir məkana çevrilib. Bu gün dünyanın aparıcı təşkilatlarının, həmçinin AŞPA-nın, Avropa Parlamentinin, ATƏT və digər beynəlxalq təşkilatların "innovasiyalar ölkəsi" adlandırdığı Ermənistanda nəinki demokratiyadan, hətta qanunun aliliyindən belə bəhs etmək üçün əsaslı səbəb yoxdur. Azərbaycanda seçkilərin keçirilməsinə, insan haqları ilə bağlı məsələlərə böyük həssalıqla yanaşan beynəlxalq qurumlar, Ermənistanda insan haqlarının kobud şəkildə pozulması, günahsız insanların həbs olunması, seçki prosesinin saxtalaşdırılması və digər məsələlərə etinasızlıq göstərilməsi təəcüb doğurur. 17 yanvar 2019-cu il tarixdə Avropa Parlamenti "Azərbaycanda vəziyyət və Mehman Hüseynovun işi" - 2019/2511 saylı, reallığı əks etdirməyən, əsassız qətnamə qəbul edib və bloger Mehman Hüseynovun işini diqqətə alır. Lakin bu gün "Erməni Qartalları: Vahid Ermənistan" partiyasının sədr müavini, siyasi məhbus Mger Yegiazaryanın aclıq aksiyasından ölüm xəbəri bütün dünya, o cümlədən Amerika və Avropa mətbuatında yayılmasına baxmayaraq, beynəlxalq təşkilatlar məsələni sükutla qarşılayırlar.

Biz Beynəlxalq İnsan Haqlarının Müdafiəsi Komitəsinin Azərbaycan nümayəndəliyi və İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi olaraq, Avropa İttifaqı Parlamenti üzvlərini Cənubi Qafqaz regionunda ikili standartlara son qoymağa çağırır", - deyə bəyanatda vurğulanır.

61

Fikrət Sadıxov: “Ermənistan münaqişənin dinc yolla həllini başa düşmədi”

6
(Yenilənib 08:28 23.10.2020)
Politoloq Fikrət Sadıxov deyir ki, baza prinsiplərində Azərbaycanın 7 rayonundan işğalçı Ermənistan qoşunlarının çıxarılması, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması nəzərdə tutulur
Fikrət Sadıxov: “Azərbaycan artıq status-kvonu qəbul etmir”

“Baza prinsiplərinə gəldikdə, orada hər şey aydın şəkildə yazılıb. Azərbaycanın işğal olunmuş rayonlarının mərhələli şəkildə azad edilməsi nəzərdə tutulur”. Bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan uzun illər danışıqlar masasında münaqişənin həlli üçün çalışıb:

“Münaqişənin həlli üçün təqdim olunan baza prinsiplərində Azərbaycanın 7 rayonundan işğalçı Ermənistan qoşunlarının çıxarılması, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması nəzərdə tutulur. Amma Ermənistan aşkar şəkildə bundan imtina etdi. Ermənistan hakimiyyəti seperatçı rejimi danışıqlar masasında görmək istəyirdi. Ancaq bu, Azərbaycan üçün qəbuledilməz idi. Münaqişənin həlli prosesi hərbi müstəviyə keçib və Azərbaycan artıq status-kvonu qəbul etmir. Ermənistan münaqişənin dinc yolla həllini başa düşmədi. Azərbaycan torpaqlarının işğal altında qalması ilə razılaşmayacaq”.

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xətti zonasında yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi növbəti dəfə intensiv atəşə tutmasına və təcavüzkar əməllərini davam etdirməsinə cavab olaraq Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə düşmənə qarşı indiyədək misli görünməmiş əks hücum əməliyyatına başlayıb.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

6
Здание Конгресса США, фото из архива

Amerika Senatı Rusiyaya qarşı növbəti sanksiyaların tətbiqini tələb edib

8
(Yenilənib 08:27 23.10.2020)
Senatorlar dövlət katibi Mayk Pompeo və Maliyyə katibi Stefan Mnuçini rusiyalı bloger Aleksey Navalnının zəhərlənməsi ilə əlaqədar yaranmış vəziyyətə görə Rusiyaya qarşı sanksiya tətbiq etməyə çağırıb.

BAKI, 23 oktyabr - Sputnik. ABŞ-ın bir neçə senatoru dövlət katibi Mayk Pompeo və Maliyyə katibi Stefan Mnuçinə məktub ünvanlayıblar. Məktub rusiyalı bloger Aleksey Navalnının zəhərlənməsi ilə əlaqədar yaranmış vəziyyətə görə Rusiyaya qarşı sanksiya çağırışlarını özündə əks etdirir. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb. 

Məktubu Demokratlardan Ben Kardin, Dik Durbin, Kris Kuns, Respublikaçılardan isə Mitt Romni, Marko Rubio və Rojer Uiker imzalayıb. 

8