Bakı Şəhər İcra Hakimiyyətinin binası

Bakı Şəhər İcra Hakimiyyətində daha bir dəyişiklik: 65 əməkdaş işini itirib

259
(Yenilənib 15:43 31.01.2019)
Bakı Şəhər İcra Hakimiyyətində ixtisarlar baş verib

BAKI, 31 yanvar — Sputnik. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Xarici əlaqlər departamentinin sədri Rasim Quliyev öz ərizəsi ilə işdən azad edilib. Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, hadisə ötən il dekabrın sonlarında baş verib.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Xarici əlaqlər departamentinə sədri Rasim Quliyev
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Xarici əlaqlər departamentinə sədri Rasim Quliyev

Məsələ ilə bağlı Sputnik Azərbaycan-ın sorğusuna BŞİH-dən belə cavab verilib: "Rasim Quliyev işdən azad edilməyib. Sadəcə olaraq, onun rəhbərlik etdiyi Xarici əlaqlər departamenti ləğv edilib. Hazırda həmin idarənin bütün əməkdaşları sərəncamdadırlar və onlar haqqında hələ heç bir qərar verilməyib".

Xatırladaq ki, ötən ilin sentyabrında BŞİH başçısının birinci müavini Eldar Əzizovun (sonradan başçı təyin olundu – red.) əmri ilə BŞİH Aparatının rəhbəri Rasim Quliyev tutduğu vəzifədən azad olunub. Onun yerinə isə Həbibullayev Elgin Şirin oğlu təyin edilib.

Qeyd edək ki, Rasim Quliyev 1970-ci ildə Naxçıvan MR-in Şahbuz rayonunda doğulub. Azərbaycan Neft Akademiyasını bitirib. Xalq hərəkatının fəal iştirakçısı, mərhum prezident Heydər Əliyevin qatı tərəfdarlarından olub.

O, BŞİH-nin keçmiş başçısı Hacıbala Abutalıbovun əmri ilə öncə meriyanın ərazi idarəetmə şöbəsinin müdiri, daha sonra Aparat rəhbəri təyin edilib və uzun illər Aparat rəhbəri vəzifəsində çalışıb.

Onu da əlavə edək ki, bu günlərdə BŞİH-in tabeliyində olan 4 idarə: Xarici əlaqələr və İnvestisiya proqramları departamentləri, Bakı Şəhər Kino Xidməti İdarəsi və Bakı Şəhər Ekspertiza Mərkəzi ləğv olunub. Əldə etdiyimiz məlumata görə, həmin qurumlarda ümumilikdə 65 nəfər əməkdaş çalışıb.

259
Teqlər:
əməkdaş, Rasim Quliyev, BŞİH, Bakı şəhər İcra Hakimiyyəti
Əlaqədar
Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı əmr imzalandı - Yeni təyinat
Bakı şəhər İcra Hakimiyyətinə yeni sözçü gətirildi
Bakı Şəhər İcra Hakimiyyətində xüsusi Qərargah yaradılıb
Bakı Şəhər İcra Hakimiyyətinin 4 idarəsi ləğv edilib