Enerji içkiləri, arxiv foto

"Bəzi müəssisələrdə enerji içkilərinin satışı istifadəsi qadağan edilməlidir"

63
(Yenilənib 15:37 31.01.2019)
"Bir banka enerji içkisinin tərkibindəki kofeinin miqdarı 40 banka soyuq çayın tərkibindəki kofeinlə eynidir”

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 31 yanvar - Spuntik. “Enerji içkilərinin insan orqanizminə mənfi təsiri tərkibində olan kofeinin miqdarı və orqanizmdə hansı müddətə həll olunmasıdır”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyin (AQTA) rəhbəri Qoşqar Təhməzli danışıb. 

AQTA rəsmisinin sözlərinə görə, çay və qəhvənin tərkibində də kofein var. Ancaq çay və qəhvə isti içki olduğu üçün onların mədədə sorulması anidən baş vermir. Enerji içkiləri isə mədədə anidən sorulur.

“Bunun nəticəsində də orqanizmdə yanlış olaraq oyanıqlıq baş verir. Qan dövranı sürətlənir, bədənin daxili enerjisi süni şəkildə oyanır. Bu da insan orqanizmi üçün çox ziyandır” – deyə Q.Təhməzli bildirib.

Qurum rəsmisi vurğulayıb ki, enerji içkiləri azyaşlı uşaq, hamilə qadınlar, idmançılar, həmçinin süd verən analara çox ziyandır.

O, soyuq halda satılan hazır çaylar haqqında da danışıb: “Soyuq çayların da tərkibində kofein var, ancaq onlarda kofeinin miqdarı azdır. Ona görə də soyuq çaylar çox təhlükəli deyil. Bir banka enerji içkisinin tərkibindəki kofeinin miqdarı 40 banka soyuq çayın tərkibindəki kofeinlə eynidir”.

Qoşqar Təhməzli vurğulayıb ki, məktəblərdə, sağlamlıq və səhiyyə mərkəzlərində enerji içkilərinin satışı və istifadəsi qadağan edilməlidir.

63
Teqlər:
Qida Təhlükəsizliyi Agentliyi, enerji içkiləri, müəssisə
Əlaqədar
Enerji içkiləri az qala onu öldürəcəkmiş
Enerji içkiləri bahalaşıb
 Prezident İlham Əliyev, arxiv şəkli

Prezident: Biz informasiya məkanında qələbə qazandıq

0
İlham Əliyev: "Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq, siyasi müstəvidə qələbə qazandıq. Müharibənin nəticələri mən deyən kimi oldu".

BAKI, 25 noyabr — Sputnik. "Mən Prezident kimi bu illər ərzində əlimdən gələni edirdim ki, Dağlıq Qarabağ məsələsi daim gündəlikdə olsun, özü də daim gündəliyin mərkəzində olsun".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

"Həm ölkə daxilində vətənpərvərlik, milli qürur, həmrəylik hissləri daha da yüksək səviyyəyə qalxsın. Həm beynəlxalq müstəvidə daim bu məsələ gündəlikdə olsun. Hər kəs bilsin, həqiqət nədən ibarətdir, hər kəs bilsin, təcavüzkar kimdir, zərərçəkmiş tərəf kimdir və biz buna nail olduq. İndi dünyada hər kəs bunu bilir. Əgər Vətən müharibəsi dövründə xarici mətbuata diqqət yetirsək, görərik ki, əlbəttə, qərəzli, islamofob, anti-Azərbaycan, ermənipərəst məqalələr və reportajlar üstünlük təşkil edir. Ancaq, eyni zamanda, əvvəlki dövrdən fərqli olaraq bir çox obyektiv, həqiqəti əks etdirən reportajlar, məqalələr də dərc edildi. Deyə bilərəm ki, biz informasiya müharibəsində qələbə qazandıq. Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq, siyasi müstəvidə qələbə qazandıq. Müharibənin nəticələri mən deyən kimi oldu", - deyə Prezident bildirib.

O qeyd edib ki, ilk günlərdən Qarabağ probleminin hərbi və siyasi yollarla həll edilməli olduğunu deyib:

"Deyirdim ki, biz məsələnin hərbi yollarla həllini hər an dayandıra bilərik və buna hazırıq. Bir şərtlə, Paşinyan şəxsən özü deməlidir ki, nə vaxt o, bizim torpaqlarımızdan çıxır. Öhdəlik götürməlidir, tarix verməlidir. Deməlidir ki, nə vaxt bizim torpaqlarımızdan çıxır. Bu olan kimi, mən bizim hücum əməliyyatlarımızı dayandırıram".

"Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik. Döyüş meydanında düşmənin belini qırdıq. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı. Hələ ki, bilmirəm harada. Bunu gizlədirlər. Yəqin ki, nə vaxtsa bizə deyəcəklər. Paşinyan, harada imzalamısan sən bu kapitulyasiya aktını? Ancaq məcbur olub bizim şərtlərimizi qəbul edib. Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!", - deyə İlham Əliyev əlavə edib.

0
Bakıda parkomat, arxiv şəkli

Parklama probleminin həlli üçün Bakıya beynəlxalq şirkət dəvət edilib

2
BNA nümayəndəsi: Azərbaycana beynəlxalq məsləhətçi şirkət dəvət olunub və o, parklanma məsələlərini təhlil edir.

BAKI, 25 noyabr — Sputnik. Bakı şəhərində avtomobillərin parklanması ilə bağlı baş plan və tarif siyasəti hazırlanacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, bu plan ilk növbədə ictimaiyyətə təqdim olunacaq və daha sonra onun tətbiqinə başlanacaq:

"Hazırda bu istiqamətdə görülən işlər çərçivəsində beynəlxalq məsləhətçi şirkət dəvət olunub, hansı ki, parklanma məsələlərini təhlil edir. Təbii ki, parkanmanın idarə edilməsi ümumiyyətlə şəhər nəqliyyat infrastrukturunun ən vacib amilidir. Çünki bu, həm sahibkarların fəaliyyətinə təsir göstərir, həm də tıxaca təsir edir. Bu gün demək olar ki, Bakı şəhərində parklanma pulsuzdur və ona görə də tıxac problemi mövcuddur".

2
Teqlər:
pullu parklama, parklama, Bakı Nəliyyat Agentliyi, BNA