Normativlərə uyğun gəlməyən məhsullar gətirildiyi ölkəyə geri qaytarılacaq

© Sputnik / Murad OrujovQida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkəyə idxal edilmiş 400 ton kartof və kivi məhsulları geri qaytarılıb

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 31 yanvar - Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) 2018-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, tədbiri giriş sözü ilə AQTA-nın rəhbəri Qoşqar Təhməzli açıb. 

Председатель агентства продовольственной безопасности Гошгар Тахмазли - Sputnik Azərbaycan
Qida Təhlükəsizliyi Agentliyi şadlıq evlərində monitorinqlərə başlayır

O bildirib ki, 2018-ci ildə Agentliyin fəaliyyətinin yaxşılaşdırılması məqsədilə bir çix yeniliklər həyata keçirilib: “2018-ci ilin iyul ayından başlayaraq Agentlik öz funksiyalarını həyata keçirməyə başlayıb. Qida Təhlükəsizliyi Agentliyində 800 ştat vahidi var. Bunun 155-i Aparatın, 665 ştat vahidi isə regionların strukturuna daxildir. İyul ayının 1-dən etibarən Qida Təhlükəsizliyi İnstitutu da işə başladı. Burada isə Bakıda və regionlarda olmaq şərtilə 21 sınaq laboratoriyaları fəaliyyət göstərir. Agentlik bu müddət ərzində qida təhlükəsizliyi sahəsində bir çox işlər görüb. Qida təhlükəsizliyi, qida zəhərlənmələrinin araşdırılması, idxal və ixrac zamanı qida məhsullarının keyfiyyəti və digər işləri icra edib. Əməkdaşlarımız 150-yə yaxın laboratoriyada monitorinqlər keçiriblər”.

“Təəssüf hissi ilə demək lazımdır ki, kadr çatışmazlığı var. Biz gənc kadrlarla təlim-tədris işləri apararaq, işə cəlb etmişik. Azərbaycanın bütün regionlarından yüzlərlə gənci müsahibələrə cəlb etmişik. Onların arasından mütəxəssisləri seçərək Agentliyə işə götürmüşük. Baytarlıq, biologiya və bu kimi sahələrdə özünü təsdiq etmiş şəxslər laboratoriyalarımızda işlə təmin olunublar. Çox sevindirici haldır ki, onlarla xaricdə təhsil almış gənc Qida Təhlükəsizlik İnstitutuna müraciət edib” – deyə, qurumun rəsmisi əlavə edib.

O qeyd edib ki, AQTA-ya bu il baytarlıq sahəsi üzrə 21797 patoloji material daxil olub. Onlardan 1315-də bəzi xəstəliklər aşkar edilib. Quş qripinin yaradan bakteriyalara rast gəlinməyib. 30 ton bal sıradan çıxarılıb. 7750 kq ət və 18792 kq ət məhsulları dövriyyədən çıxarılıb. 342 ton ət məhsullarının xaricdən idxalına imkan verilməyib və geri qaytarılıb.

Q.Təhməzlinin sözlərinə görə, artıq Azərbaycan sahibkarların gücü var ki, quş əti və yumurta xaricdən gətirilməsin: “Ölkəyə quş əti və yumurta gətirən zaman normalara riayət etməyi xahiş edirik. Amma nəmlik faizi 4, bəzən isə 23-24 faizə qədər olan donmuş quşlar (bu da süni şəkildə quşun çəkisini artırır) satırlar. Bu da istehlakçıların hüquqlarının pozulmasıdır. Ölkədə yumurtaya olan bəlli tələbat var. Ölkəyə 17.6 milyon yumurta daxil olub. Laboratoriyadan çıxan zaman onların daxilində pozuntular olmayıb”.

“Agentlik olaraq sahibkarlara bildirmişik ki, toyuq ətinin nəmlik faizi 6 faizdən çox olmamalıdır. Əks halda, həmin məhsullar geri qaytarılacaq. Biz əhalinin hüquqlarını müdafiə edərək, normativlərə uyğun gəlməyən məhsulları gətirilən ölkələrə geri qaytaracağıq. Ona görə də sahibkarlardan ölkəyə məhsul gətirən zaman diqqətli olmağı və standartlara uyğun qidaları gətirməyi xahiş edirik” – qurum rəsmisi deyib. 

Люди за обедом, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlara müraciət edir

AQTA rəhbəri bildirib ki, iyul-dekabr aylarında baytarıq sahəsində də çox sayda monitorinq keçirilib: “Artıq apardığımız monitorinqlər öz nəticəsini verir. Bakı və Sumqayıt şəhərində baytarlıq obyektləri standartlara uyğunlaşdırılıb. Bu işi davam etdiririk. Heç bir dünyada yaz faizlik qida təhlükəsizliyi təmin edilmir, amma çalışırlar ki, bu rəqəm yüz faizə çatsın. Biz də əhalinin sağlam qida ilə qidalanması üçün əlimizdən gələni edəcəyik”.

Onun dediyinə görə, bitkilərdən 4148 nümunə götürülüb. Ölkəyə idxal edilmiş 400 ton kartof və kivi məhsulları geri qaytarılıb. Qanunları pozduqlarına görə isə 203 fiziki və hüquqi şəxsə xəbərdarlıq edilib.

“İctimai-iaşə obyektlərindən çox narazıyıq. Əksəriyyəti qeyri-qanuni fəaliyyət göstərir. Biz həmin ictimai-iaşə obyektlərində çalışanları tibbi müayinədən keçirməliyik Əksər hallarda bu yerdə işləyən şəxslər tibbi müayinədən keçmirlər, xəstə ola-ola qida ilə təmasda olduqları üçün xəstəliklərin yayılmasına səbəb olurlar. Buna görə də ciddi tədbirlər həyata keçirəcəyik” – deyə AQTA rəhbəri vurğulayıb.

Xəbər lenti
0