Azərbaycan hərbçilərini Türkiyədə çətin sınaq gözləyir

© AR Ministry of DefenseƏlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu “Qars təlimi”ndə iştirak edəcək
Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu “Qars təlimi”ndə iştirak edəcək - Sputnik Azərbaycan
Abunə olmaq
Təlimə cəlb edilmiş bölmələr Türkiyə Respublikasının Qars şəhərinə yola salınıb

BAKI, 31 yanvar — Sputnik. Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu "Qars təlimi"ndə iştirak edəcək. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

© AR Ministry of DefenseƏlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu “Qars təlimi”ndə iştirak edəcək
Azərbaycan hərbçilərini Türkiyədə çətin sınaq gözləyir - Sputnik Azərbaycan
Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu “Qars təlimi”ndə iştirak edəcək

Hərbi qulluqçular beynəlxalq qış təlimində iştirak etmək üçün Türkiyə Respublikasının Qars şəhərinə yola salınıb. Yolasalma mərasimində Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Teymur Eyyubov çıxış edərək bildirib ki, fevralın 23-dək Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək çoxmillətli beynəlxalq səviyyəli qış təlimində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının da iştirak etməsi hər birimizi daha da qürurlandırır.

© AR Ministry of DefenseƏlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu “Qars təlimi”ndə iştirak edəcək
Azərbaycan hərbçilərini Türkiyədə çətin sınaq gözləyir - Sputnik Azərbaycan
Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu “Qars təlimi”ndə iştirak edəcək

Qars təlimində çətin relyefli ərazilərdə, qarlı, şaxtalı havalarda döyüş əməliyyatlarının aparılması tapşırıqları yerinə yetiriləcək. İnanırıq ki, ümumilikdə 28 ölkənin hərbi qulluqçularının müşahidəçi və iştirakçı qismində cəlb edildiyi bu təlimdə Azərbaycan və Türkiyə hərbçiləri həmişə olduğu kimi bu dəfə də yüksək peşəkarlıq nümayiş etdirəcəklər.

Sonda təlimə cəlb edilmiş bölmələr Türkiyə Respublikasının Qars şəhərinə yola salınıb.

Xəbər lenti
0