Türkiyənin baş naziri Binəli Yıldırım

Binəli Yıldırım istefa verəcək

136
(Yenilənib 10:38 30.01.2019)
O, İstanbul bələdiyyəsinin sədri olmaq istəyir

BAKI, 30 yanvar — Sputnik. Türkiyə parlamentinin sədri və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul Böyük Bələdiyyəsinə namizəd Binəli Yıldırım parlament sədri vəzifəsindən istefa verəcəyini bildirib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

O qeyd edib ki, namizədliklə bağlı müraciət edildikdən dərhal sonra parlament sədri vəzifəsindən istefa verəcək.

Qeyd edək ki, Binəli Yıldırımın parlament sədrindən istefası məsələsi namizədliyi açıqlandıqdan sonra mübahisə mövzusu olub.

136
Teqlər:
Türkiyə, istefa, Binəli Yıldırım
Əlaqədar
Binəli Yıldırım Azərbaycana gəlir
Binəli Yıldırım Azərbaycanda səfərdədir
Binəli Yıldırım: “Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir”
Binəli Yıldırım Bakıda ehsan payladı — VİDEO