Sənəd imzalayan vətəndaş

"Hazırkı təhsil proqramı məntiq kompetensiyalar üzərində qurulub"

74
(Yenilənib 14:53 29.01.2019)
Məktəblərdə “Bayrağa Sədaqət Andı”nın içilməsi ənənə halını aldı

BAKI, 29 yanvar - Sputnik. “İnnovativ Təşəbbüslər” sosial və iqtisadi inkişafa yardım İctimai Birliyi (İB) bəyənat yayıb. Sputnik Azərbaycan xəbər verir ki, bəyanatda deyilir: 

"Ölkədə cəmiyyətin bütün istiqamətlərində tərəqqini sürətləndirməklə, inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaq Azərbaycan dövlətinin fəaliyyətində mərkəzi yer tutur. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 noyabr tarixli 1862 nömrəli Sərəncamına əsasən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul olunub. Bu Konsepsiyada əsas hədəf dövlətimiz tərəfindən həyata keçirilən innovasiya siyasətində yeni bilik və texnologiyaların istehsalı, yayılması və tətbiq edilməsi üçün lazım olan şəraitin yaradılmasıdır. Bu siyasət, eləcə də elmtutumlu cəmiyyətin və mədəniyyətin bərqərar edilməsinə yönəldilib. “İnnovativ Təşəbbüslər” sosial və iqtisadi inkişafa yardım İB Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında AR Prezidenti İlham Əliyevin 10 yanvar 2019-cu il sərəncamını əsas tutaraq, öz innovativ ideyaları və layihələri ilə fərqlənib. İctimai Birlik bu istiqamətdə əsas diqqəti təhsil sistemində innovasiyaların tətbiqinə yönəldib.

Qeyd etməliyik ki, bu gün təhsil proqramı məntiq və kompetensiyalar üzərində qurulub. “İnnovativ Təşəbbüslər” sosial və iqtisadi inkişafa yardım İB təhsil proqramında məhz mənəvi tərbiyə və təlim metodundan istifadə edərək uşaqların psixoloji hazırlığına kömək edir. Onlarda mənəvi və milli dəyərlərimizə hörmət, ehtiram hissinin aşılanmasına dəstək olur. “İnnovativ Təşəbbüslər” sosial və iqtisadi inkişafa yardım İB bu istiqamətdə ilk olaraq Azərbaycan bayrağının təbliğini əsas hədəf olaraq seçib. Bu gün dünyada 200-dən çox dövlət var və dövlətlərin arasında Azərbaycan bir ilkə imza atıb. Yəni yeganə ölkə olaraq Azərbaycanda “İnnovativ Təşəbbüslər” sosial və iqtisadi inkişafa yardım İB-nin təşəbbüsü Müdafiə və Təhsil Nazirliklərinin dəstəyi ilə kiçik yaşlarından uşaqlar dövlət rəmzi olan bayrağa sevgi və sədaqət hissi ilə tərbiyə olunurlar.

İctimai Birlik Məhəmməd Əmin Rəsulzadənin: “Bir kərə yüksələn bayraq, bir daha enməz!” və Ulu öndər Heydər Əliyevin: "Azərbaycanın bayrağı, sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun" kimi fikirlərini əsas tutaraq bu yola böyük inamla başlayıb. Birlik başladığı işi uğurla davam edərək böyük nəticələr əldə etdi. Məktəblərdə “Bayrağa Sədaqət Andı”nın içilməsi ənənə halını aldı. Şagirdlər bu “Andı” içməklə bayrağa olan sevgisini ifadə edir, eyni zamanda onun qarşısında baş əyirlər. 

Bundan başqa “İnnovativ Təşəbbüslər” sosial və iqtisadi inkişafa yardım İB-nin təşəbbüsü ilə məktəblilər üçün milli birliyimizi təcəssüm etdirən bayraq təsvirinə oxşar qalstuk hazırlanıb və bu, artıq bir çox ümumtəhsil müəssisələrində tətbiq edilir. Həmçinin dövlətçilik ənənələrinə sadiq vətəndaş yetişdirilməsi üçün hazırlanan sosial video roliklər məktəblilər arasında mənəvi dəyərlərin inkişafına dəstək olan düşüncələrin formalaşmasına təkan verir.

Bunlarla bərabər, “Bayrağa Sədaqət Andı” layihəsi çərçivəsində Quba Soyqırımı Memorial Muzeyinə, Nargin adasına həmçinin işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə ekskursiyalar təşkil edilib. Həyata keçirilmiş tədbirlərdə hərbçilərlə görüşlərin təşkili şagirdlərdə vətənpərvərlik hissinin artmasında əvəzsiz rol oynadığı müşahidə olunub.

İctimai Birliyin sədri Əşrəf Əhmədov təşkilat tərəfindən həyata keçirilən və aparılan müşahidələrə söykənərək qeyd edir ki, yaxın gələcəkdə məktəblərdə sırf mənəvi tərbiyə və təlim metodunu daimi yaşatmaq məqsədilə “Sədaqət möhürü” adlı sistem qurulması planlaşdırılıb. Bu da cəmiyyətin innovativ inkişafına və təhsilin mənəvi bağlılıq prinsiplərinə verilən bir töhfə olacaq.  “İnnovativ Təşəbbüslər” sosial və iqtisadi inkişafa yardım İB bir sıra ideoloji, metodik və tarixi layihələrini “Qafqaz Tarixi Mərkəzi” İB ilə əməkdaşlıq edərək reallaşdırır.

Bütün bunlarla yanaşı ayrı-ayrı təhsil müəssisələrində İB-nin xüsusi nəzarətində olan siniflərdə “yox, olmaz, xeyr” və sərbəst fikirləri məhdudlaşdıran sözlərdən az istifadə olunur, həmin şagirdlərlə ünsiyyət zamanı alternativ sözlərə daha çox üstünlük verilir. Bu isə ilk növbədə şagirdlərdə fikirlərin sərbəst düşüncə üzərində formalaşmasına və innovativ inkişafının güclənməsinə təkan verir".

74
Teqlər:
bəyanat, İctimai birliklər və dini qurumlar komitə
Əlaqədar
ABŞ dövlət katibindən Türkiyə ilə bağlı qalmaqallı bəyanat
Ərdoğan Suriya ilə bağlı sensasion bəyanat verdi
Paşinyan Rusiyanın xoşuna gəlməyəcək bəyanat verdi
Avropa İttifaqında zəlzələ kimi bəyanat