Rayonlara qar yağıb

Bəzi rayonlara qar yağıb

41
(Yenilənib 14:37 29.01.2019)
Qar örtüyünün hündürlüyü Ağdərədə 32, Şahdağda 8, Qırızda 5, Xınalıqda 4, Sarıbaş, Daşkəsəndə 2 sm təşkil edib

BAKI, 29 yanvar — Sputnik. Yanvarın 28-i gündüzdən 29-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb. Sputnik Azərbaycan bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir.

Yağışlı hava
© Sputnik / Taleh Mahmudov

Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 2-38, Mərkəzi-Aran rayonlarında 2-14, Naxçıvan MR-da 5-21, Bakıda və Abşeron yarımadasında 5-9, Böyük Qafqazda 1-4, Qazax-Gəncə zonasında 0-4, Kiçik Qafqazda 2-4 mm olub.

Qar örtüyünün hündürlüyü Ağdərədə 32, Şahdağda 8, Qırızda 5, Xınalıqda 4, Sarıbaş, Daşkəsəndə 2 sm təşkil edib. Qərb küləyi ayrı-ayrı yerlərdə 15-20 m/s olub, arabir 25 m/s-dək güclənib.

41
Teqlər:
rayon, qar, hava
Əlaqədar
Şimal bölgəsinə qar yağıb
Gəncədə dəfn

Rəssam Gəncə terrorunun qurbanlarının fotolarından illüstrasiya hazırlayıb

6
(Yenilənib 20:25 22.10.2020)
İllustrasiyada ermənilərin oktyabr ayının 16-dan 17-nə keçən gecə Gəncəni atəşə tutması zamanı qətliam qurbanları əks olunub

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. Rəssam-illustrator Elmail Qulami ermənilərin oktyabr ayının 16-dan 17-nə keçən gecə Gəncəni atəşə tutması zamanı yaşanan anların, qətliam qurbanlarının fotolarının illüstrasiyasını hazırlayıb.

Bu foto-rəsmlərdə dayısının qucağında torpağa tapşırılan 10 aylıq Narın, yuxuda olarkən öldürülən 1 yaşlı Mədinə, övladını deyil, onun fotosunu tapan çarəsiz ata, 5 ailə üzvünü itirən Teymur Əsgərov və yaxınının tabutu üzərində ah-nalə edən yaşlı xanım əks olunub.

6
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Генеральная прокуратура Азербайджанской Республики

Zəngilanda üzərinə bayraq sancılan prokurorluq binası 1991-ci ildə istifadəyə verilib

14
Prokurorluq: Hərbçilərimizin Zəngilanda üzərinə bayraq sancdığı prokurorluq binası 1991-ci ildə istifadəyə verilib

BAKI, 22 oktyabr - Sputnik. Oktyabrın 20-də kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunaraq Azərbaycan bayrağının Zəngilanda qaldıran hərbçilərimizin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə videomüraciəti yayımlanıb. 

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən olunub ki, önündə müqəddəs bayrağımızın dalğalandırıldığı inzibati bina Zəngilan rayon prokurorluğunun inzibati binası kimi 1991-ci ildə tikilərək istifadəyə verilib. 

“Həmin binada fəaliyyət göstərmiş prokurorluq əməkdaşları, o cümlədən veteranlar fərəh və sevinc hissi ilə binanın Zəngilan rayon prokurorluğunun inzibati binası olduğunu təsdiq ediblər. Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları bütün torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad olunacağına inanır, işğaldan azad olunmuş şəhər və rayonlarımızda fəaliyyətlərini davam etdirəcəkləri günü səbirsizliklə gözləyir. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”, - deyə bildirilib.

14
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə