Yanacaqdoldurma

Qazaxıstan şirkəti ermənilərə benzin satacaq

116
(Yenilənib 12:42 29.01.2019)
Sahibkarlar artıq icazə almağa dair ümidini itirib

BAKI, 29 yanvar — Sputnik. Qazaxıstanın böyük şirkəti Ermənistana benzin idxalı ilə məşğul olacaq. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın "Qraparak" nəşri məlumat verir.

"Ermənistan bazarında ən cəlbedici sahə yanacaq sahəsidir. İnqilabdan sonra bir şirkət bu bazara daxil olmaq istədi, lakin bu, elə də asan deyil. 5-6 aydır ki, Yerevan meriyası yanacaq doldurma məntəqələri üçün qaydalar, normativlər hazırlayır", - deyə nəşr yazır.

Qəzetin yazır ki, sahibkarlar artıq icazə almağa dair ümidlərini itiriblər.

Nəşrin məlumatına görə, Qazaxıstanın böyük bir şirkəti Ermənistana benzin idxal etmək istəyir, hətta bu məqsədlə Tumanyan küçəsində ofis də alıb.

Bu şirkətin direktor müavinin postunu Ermənistanın Qazaxıstandakı səfiri Ara Saakyan tuta bilər.

116
Teqlər:
sahibkar, bazar, Ermənistan, benzin, Qazaxıstan
Əlaqədar
Azərbaycanda bəzi benzin markalarının qiyməti qalxdı
Benzin, siqaret və spirtli içkilər bahalaşıb
Paytaxtda benzin oğrusu tutuldu: Borunu deşib...
Gecəyarı benzin və dizelin qiyməti qalxıb - Qonşuda
Moskvada COVID-19 hospitalı, arxiv şəkli

Rusiyada bir gündə 200-ə yaxın şəxs koronavirusdan öldü

3
Rusiyada pandemiya yayılandan 10494 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 9551 nəfər olub.

BAKI, 7 iyul — Sputnik. Bir sutka ərzində Rusiyada 6358 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 198 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 694230-a çatıb. Rusiyada pandemiya yayılandan 10494 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 9551 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 463880-ə keçib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 11,6 milyonu keçib, 538 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

3
Teqlər:
yoluxma, Vəfat, Rusiya, COVID-19, Koronavirus
 Ciyərin rentgeni, arxiv şəkli

Hər kəsi qorxudan "buzlu şüşə" nədir?

15
Hazırda "buzlu şüşə" görüntüsü koronavirus pnevmoniyasının əsas radiodiaqnostik əlaməti hesab edilir. Bu o deməkdir ki, normalda şəffaf havalı görünən ağciyərdə belə hallarda yarımşəffaf zonalar izlənilir, ağciyər sanki dumanlı görünür.

BAKI, 7 iyul — Sputnik. Pandemiya dönəmində insanların sanki kabusuna çevrilmiş bir termin var – "buzlu şüşə" mənzərəsi. Bəzən bunu "buz kristalı", "buz parçası" kimi də adlandırırlar. Bu görüntü ilk əvvəl adı və səslənməsi ilə insanlarda təlaş, narahatlıq yaradır. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının radioloqu, ATU-nun Şüa diaqnostikası kafedrasının müdiri, dosent Məlahət Sultanova bu "buzlu şüşə"nin mahiyyətini açıqlayıb.

Həkim qeyd edir ki, bəzən normal hallarda da "buzlu şüşə" görüntüsü radioloji görüntülərdə izlənilə bilər. Məsələn, müayinə zamanı xəstə dərindən nəfəs almazsa və ya müayinə nəfəsvermədə aparılarsa, ağciyərin havalılığının fizioloji ekspirator zəifləməsi səbəbindən bütün ağciyər sahələri homogen olmaqla "buzlu şüşə" görüntüsü verə bilər.

Hazırda "buzlu şüşə" görüntüsü koronavirus pnevmoniyasının əsas radiodiaqnostik əlaməti hesab edilir. Bu o deməkdir ki, normalda şəffaf havalı görünən ağciyərdə belə hallarda yarımşəffaf zonalar izlənilir, ağciyər sanki dumanlı görünür.

"Bu zaman bronx strukturlarının və pulmonar damarların saxlanması ilə ağciyərlərin eksudat və ya transudatla tutulması, interstisial qalınlaşmalar və ağciyər alveollarının hissəvi kollapsı ilə müşahidə olunan görüntü meydana çıxır. "Buzlu şüşə" xəstəliyin 3-4 günlərindən inkişaf etməyə başlayır və xəstə sağaldıqdan hətta bir ay sonra belə qala bilir. Xəstəliyin yüngül və orta ağır dərəcəsini keçirmiş xəstələrdə 2-3 aydan sonra dəyişikliklər tamamilə itir".

Radioloq M.Sultanova deyir ki, indi onlara ən çox verilən sual "buzlu şüşə" görüntüsünün indiyədək mövcud olub-olmaması ilə bağlıdır. Həkim qeyd edir ki, bu, yalnız COVID-19 xəstələri üçün səciyyəvi deyil, digər xəstəliklərdə də görülə bilər. Lakin bu görüntü pandemiya dönəmində uyğun kliniki-laborator əlamətlərlə izlənilərsə, onda diaqnoz COVID xəstəliyi kimi dəyərləndirilir.

Qeyd edək ki, "buzlu şüşə" görüntüsü döş qəfəsinin rentgenoqrafiya və KT müayinələrində aşkar edilir. Lakin bu məsələdə rentgenoqrafiya müayinəsinin həssaslığı aşağıdır. Ona görə də yoluxmanın ilk 1-4 günlərində rentgenoqram 25% hallarda tam normal ola bilər. Bu, pnevmoniyanın olmaması demək deyil. "Buzlu şüşə"nin KT müayinəsində görülməsi daha spesifikdir (Şəkildə eyni xəstənin rentgenoqrafiya və KT müayinələrində "buzlu şüşə" görüntüsünün təsviri verilib).

15