Firudin Qurbanov Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev ilə görüşüb

Tacikistan səfiri Bakı Dövlət Universitetində olub

25
(Yenilənib 13:04 28.01.2019)
Tacikistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev BDU-da olub

BAKI, 28 yanvar — Sputnik. Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsini icra edən, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev ilə görüşüb.

Sputnik Azərbaycan-a universitetdən daxil olan məlumata görə, F.Qurbanov son illər təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlər haqda məlumat verib. F.Qurbanov, eyni zamanda, bu il 100 illiyini qeyd edəcək BDU-nun yüksəkixtisaslı kadrlar hazırlayan müasir elm və təhsil mərkəzi olduğunu da diqqətə çatdırıb.

Firudin Qurbanov Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev ilə görüşüb
© BDU-nin mətbuat xidməti
Firudin Qurbanov Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev ilə görüşüb

Nazir müavini Bakı Dövlət Universitetinin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncam imzaladığını bildirib. Qeyd edib ki, 100 illiklə əlaqədar olaraq yubiley tədbirləri YUNESKO, İSESKO və digər beynəlxalq təşkilatlar tərəfindən də keçiriləcək.

Fövqəladə və səlahiyyətli səfiri R.Soliyev isə gələcəkdə universitetdə Tacikistan Respublikası güşəsinin yaradılması üçün təklif irəli sürüb.

25
Teqlər:
Tacikistan, səfir, rektor, BDU
Əlaqədar
BDU yaxınlığında qorxunc hadisə baş verib
BDU-da Bilik Günü və "Gaudeamus"...
BDU ilə bağlı qərar verildi
BDU ilə bağlı olaya dair universitetin rəsmi mövqeyi açıqlandı