Девушка в наручниках, фото из архива

Qadın alverçisi saxlanılıb

67
(Yenilənib 10:21 28.01.2019)
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.İxayeva polis əməkdaşları tərəfindən saxlanılıb

BAKI, 28 yanvar — Sputnik. İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları qadınları xaricə apararaq istismara qoyan qadını saxlayıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, araşdırmalar zamanı Cəlilabad rayon sakini S.İxayevanın qadınları xarici ölkələrə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə cinayət işi başlayıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.İxayeva polis əməkdaşları tərəfindən saxlanılıb.

67
Teqlər:
insan alveri, alver, Cəlilabad, qadın
Əlaqədar
Сənub bölgəsində insan alveri müzakirə edilib
İnsan alveri ilə bağlı dəhşətli rəqəmlər açıqlandı
İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi son rəqəmi açıqladı
Azərbaycanda insan alveri ilə bağlı məşum rəqəmlər: Satan da, satılan da qadınlardır