İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışında, arxiv şəkli

Prezident insanların mənzil probleminin həlli üçün mühüm fərman imzaladı

140
(Yenilənib 21:38 25.01.2019)
Azərbaycanda yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi yaradılır

BAKI, 26 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında" fərman imzalayıb.

İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib
© Official website of President of Azerbaijan Republic

Sputnik Azərbaycan-ın məlumatına görə, fərman ölkədə əhalinin yaşayış sahəsi ilə təminatı mexanizmlərinin təkmilləşdirilməsi, şəxsi vəsaiti yetərli olmayan vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsi, satmaq öhdəliyi ilə kirayə hüquq münasibətlərinin inkişafının təmin edilməsi məqsədi daşıyır.

Fərmanla “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilib.

Nazirlər Kabinetinə Prezident aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat vermək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu bu fərmandan irəli gələn məsələləri həll etməli, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabineti məlumat verməlidir.

140
Bakı məktəblərin birində, arxiv şəkli

Müəllimlərə güzəşt ediləcək

0
(Yenilənib 19:31 02.06.2020)
Öhdəsində 7 yaşına qədər uşaqlara, yaşlılara və tibbi yardıma ehtiyacı olanlara qulluq edən müəllimlər işə gəlməyə bilərlər

 

BAKI, 2 iyun — Sputnik. Martın 2-dən ölkə ərazisində tədris dayandırılıb. Bu dayandırılma tədris ilinin sonuna qədər davam edir".

Sputnik Azərbaycan xəbər verir ki, məlumatına görə, bunu Təhsil Nazirliyinin şöbə müdirinin müavini, sektor müdiri Orxan Abbasov bildirib.

Onun sözlərinə görə, hazırda məktəblərdə qiymətləndirmə prosesinin necə olacağı hamını maraqlandırır: "Mayın 22-də müvafiq təlimat məktubu hazırlanıb və bütün məktəblərə göndərilib. Burada daha çox məktəbdaxili qiymətləndirmənin necə aparılması qeyd edilib. Məktəbdaxili qiymətləndirmənin bütün siniflər üzrə hansı formada aparılması barədə dəqiq yazılıb. Bu zaman ikinci zərurət odur ki, məktəbə getmək necə olmalıdır? Şagirdlərin sinifdən-sinfə keçməsi üçün qərar olmalıdır. Xüsusi karantin rejimi başa çatmadığına, kütləvi tədbirlər tövsiyə edilmədiyinə görə zərurət yarandı ki, təlimati məktub hazırlansın. Bu məktub tədris ilinin başa vurulması və zəruri tədbirlərlə bağlıdır. Burada bənd-bənd qeyd edilib.

Birinci bənd ümumtəhsil müəssisələrində işçilərin işə çağırılması ilə bağlıdır. Öhdəsində 7 yaşına qədər uşaqlara, yaşlılara və tibbi yardıma ehtiyacı olanlara qulluq edən şəxslərin işə gəlməyi istisna edilir.

İkinci kateqoriya yaşı 65-dən yuxarı olan əməkdaşlardır. Bu kateqoriyadan olan şəxslər ən böyük risk qrupuna daxildirlər.

Üçüncü kateqoriya Bakıda çalışan, başqa regionda yaşayan müəllimlərə aiddir. Yəni, yaşadığı yerdən kənarda yaşayan müəllimlərə də güzəşt olunur".

0
Əlaqədar
Dərslərlə bağlı sərəncam verildi
Müəllimlərə daha çox ehtiyac duyulan şəhər və rayonlar bəlli oldu
Ey hörmətli müəllim, hər kənddə, hər şəhərdə meyvələrin olsa da, evin yoxdur
Bu nazirlik qəbulu iyunun 15-dək dayandırdı
Bəzi müəllimlər yerdəyişmə müsabiqəsində iştirak edə bilməyəcəklər
Avtobusda maska taxmış şəxs, arxiv şəkli

Avtobuslarda "dədə-baba" üsulunu iyunun 15-dək götürə bilərlər

4
(Yenilənib 19:27 02.06.2020)
"Əgər qeyd edildiyi kimi sərnişinlərimizi narahat edən məqam varsa, buna uyğun qərar qəbul ediləcək".

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 2 iyun — Sputnik. Bu gündən tibbi maska taxmayan vətəndaşlar cərimə olunacaqlar. Tibbi maskanın istifadə edilməsi məcburi olan yerlərdən biri də ictimai nəqliyyatdır. Havaların isindiyini, üstəlik tibbi maskadan istifadənin avtobuslarda məcburi olduğunu nəzərə alsaq, bu, yay aylarında sərnişinlər üçün müəyyən çətinliklər yaradacaq. Bəs görəsən, tibbi maskadan avtobuslarda istifadə məcburi olduğu halda kondisioner sistemi vaxtından əvvəl işə salına bilərmi?

Sputnik Azərbaycan-ın bu sorğusuna Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev belə cavab verib: "Adətən sərinləndirmə sistemləri yay mövsümü başlayan zaman, yəni 15 iyundan etibarən işə salınır. Amma buna qədər havanın temperatur göstəriciləri nəzərə alınmaqla işə salınması mümkündür. Əvvəlki illərdə belə bir təcrübə olub. İndiki halda isə məlum olduğu kimi bir neçə müddətdir havalar sərin keçir. Belə olan halda pencərələri açıq saxlamaqla havalandırmanı təmin etmək mümkündür. Həmçinin, əgər qeyd edildiyi kimi sərnişinlərimizi narahat edən məqam varsa, buna uyğun qərar qəbul ediləcək. Avtobuslardakı sərinləndirmə və isitmə sistemləri sərnişinlərimizin rahatlığı üçündür. Buna zərurət olacaqsa, işə salınacaq".

4
Əlaqədar
Paytaxtda daha bir marşrut xətti “BakuBus”a verilib
Sükan arxasında siqaret çəkən avtobus sürücülərinin sayı açıqlandı
"Daewoo" avtobuslarını xətdən çıxardılar, əvəzinə 12 metrlik işləyəcək
Maska taxmayanlara agentlikdən "sürpriz"
Bakıda ekspress marşrutlar dayandırılır